MüƏLLİFDƏN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə28/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   24   25   26   27   28   29   30   31   ...   182
EL-BEYAN 1 Cİ CİLD

QURANDA TƏKALLAHLIQ 
«[Yəhudilər, xaçpərəstlər və müşriklər] dedilər: “Allah özü üçün 
övlad götürmüşdür.” Allah pak və müqəddəsdir [bu sözlərin Ona 
heç bir aidiyyatı yoxdur, O bütün eyb və nöqsanlardan xalidir]. 
Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı 
Onun itaətindədir!» (Bəqərə 116-117). 
«Sizin tanrınız tək olan Allahdır. Ondan başqa tanrı yoxdur. O 
rəhimli və mərhəmətlidir.» (Bəqərə-163). 
«Allahdan başqa heç bir tanrı yoxdur [Zatı və kamal sifətləri ilə 
hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini 
dolandıran və onların işlərini yoluna qoyan] əbədi və əzəli varlıq 
Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa 
hamısı Onundur!» (Bəqərə-255). 
«Yerdə və göydə heç bir şey Allahdan gizli qalmaz. Anaların 
bətnində sizə istədiyi surəti verən Odur! O qüdrət və hikmət 
sahibindən başqa heç bir tanrı yoxdur!» (Ali İmran 5-6). 
«O Allah Rəbbinizdir! Ondan başqa heç bir tanrı yoxdur. Hər 
şeyi yaradan Odur. Buna görə də yalnız Ona itaət edin. O hər şeyə 
vəkildir. Gözlər Onu [görüb] dərk etməz O, gözləri dərk edər.» ( 
Ənan 102-103). 
«De ki: Allah məxluqu yoxdan yaradır, sonra da [öldürüb 
yenidən] dirildir. Elə isə [haqdan] üz döndərirsiniz?» (Yunus-34). 
«Göyləri, gördüyünüz kimi dayaqsız olaraq yüksəldən, sonra ərşi 
yaradıb hökmü altına alan, müəyyən vaxta [dünyanın axırına, 
qiyamətə] qədər [səmada] dolanan günəşi və ayı [iradəsinə] tabe 
edən, bütün işləri yoluna qoyan, ayələri müfəssəl izah edən məhz 
Allahdır. [Bütün bu dəlillərdən sonra] Rəbbinizlə qarşılaşacağınıza 


45 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin