«O kəslər ki, əllərindəki Tövratda və İncildə [adını, vəsfini və əlamətlərini] yazılmış gördükləri rəsula-ümmi [heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli] peyğəmbərə tabe olurlar. [O peyğəmbər] onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan
46
edər, təmiz [pak] nemətləri halal, murdar [napak] şeyləri haram edər.» ( Əraf-157). «[Əksəriyyəti yazıb-oxumaq bilməyən] ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. Bu peyğəmbər – əvvəllər haqq yoldan açıq-aşkar azsalar da – onlara Allahın ayələrini oxuyar, onları [günahlardan, şirk və küfr çirkabından] təmizləyər, onlara kitabı və hikməti [Quran və şəriəti] öyrədir.» (Cümə-2). «Və həqiqətən, səni minnətsiz, tükənmək bilməyən mükafat gözləyir. Doğrudan da, sən böyük bir əxlaq sahibisən! [Böyük bir din üzərindəsən!]» «Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini məxluqat [insanlar, bəşər övladı] üzərində seçilmiş [üstün] etdi.» (Ali İmran-33). «Yadına sal ki, bir zaman İbrahim atasına və qövmünə demişdi: Mən sizin ibadət etdiklərinizdən [bütlərdən] tamamilə uzağam. Yalnız mən, yoxdan yaradan Allahdan başqa! Şübhəsiz ki, O məni doğru yola müvəffəq edəcəkdir.» (Zuxruf 26-27). «Beləcə, İbrahimə göylərin və yerin mülkünü, səltənətini [oradakı qəribəlikləri və gözəllikləri, onların Allahın qüdrəti ilə yaranmasını] göstərdik ki, tam qənaətlə inananlardan olsun.» ( Ənam-75). «Biz İshaqı və Yəqubu Ona əta etdik. Onların hər birini hidayətə