56
Vəlid dedi: Elə isə bir qədər səbr edin, bir şey fikirləşim. Bir
qədər
fikirləşdikdən
sonra
dedi:
Quran,
Məhəmmədin
sehrkarlardan öyrəndiyi sehrdir.»
(Təfsir Təbəri, 29/98).
Başqa bir yerdə Vəlidin verdiyi cavab bir qədər fərqli olaraq nəql
olunur: «And olsun Allaha! Məhəmmədin
söylədikləri nə insan
sözüdür, nə də cin. Dediyi sözlərin özünəməxsus şirinliyi vardır.
Kimsə bu vaxta qədər bu sözləri deməmiş və deməyə də qadir
deyildir. İstifadə etdiyi hər bir ifadə də yenilik və cazibəlik hiss
olunur.»
Əgər səmavi kitab adlanan tövrat və incili diqqətlə araşdırsanız,
haqq və batili olduğu kimi dərk edib həqiqətə nail olacaqsınız.
İndi isə incildəki bir neçə ziddiyyətli ayələrə diqqət yetirin:
1. Lukanın incilində deyilir:
Məsih (ə) dedi:
«Mənimlə olmayanlar mənə müxalif olanlardır.»
(Mətta. 12-ci fəsil.
Luka 11-ci fəsil).
Amma başqa bir yerdə yenə də incildə oxuyuruq: «Bizimlə
müxalif olmayanlar bizimlədirlər.»
(Markos və Luka. 9-cu fəsil).
2. İncildə deyilir: «Məsih (ə)-ı saleh müəllim adlandırdıqda etiraz
edərək dedi: Saleh?! Allahdan başqa kimsə saleh deyildir.»
(Mətta. 19-
cu fəsil. Markos 10-cu fəsil).
Amma başqa bir yerdə bunun tam əksilə rastlaşırıq. «Mənəm
saleh gözətçi. Sonra dedi: Saleh gözətçi mən özüməm.»
(Yuhənna 10-
cu fəsil).
3. Məttanın İncilində deyilir:
«Həzrət Məsih ilə dar ağacına asılan oğruların
hər ikisi onu
danlayır, təhqiramiz sözlər deyirdilər.»
(Mətta. 27-ci fəsil).
Başqa bir incildə isə bunun tam əksi deyilir: «Oğrulardan biri
Məsihə dedi: Əgər həqiqətən Məsihsənsə (Allah peyğəmbərisənsə)
həm özünü, həm də bizi bu bəladan qurtar. Başqa birisi dedi:
Məsihi danlamaqla Allahın əzabından qorxmursanmı.»
(Luka 5-ci
fəsil).
4. Yuhənnanın İncilində deyilir:
«Əgər mən öz xeyrimə şəhadət verirəmsə, şəhadətim heç də
düzgün olmayacaqdır.»
(Yuhənna 5-ci fəsil).
57
Amma həmən incildə başqa bir fəsildə deyilir:
«İsa dedi:
Əgər mən şəhadət verərəmsə, şəhadətim tamamilə
düzgün olacaqdır.»
(Yuhənna 8-ci fəsil).
Bunlar həcm baxımından bir o qədər də böyük olmayan incildən,
bir-biri ilə fərqli və ziddiyyətli nümunələr idi. Amma nə qədər az
olsa da, həqiqətsevər insanlara həqiqəti
bilmək üçün kifayət qədər
dəlil və sübut ola bilər.