MüƏLLİFDƏN


QURANIN QANUNVERİCİLİK BAXIMINDAN ECAZI



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə34/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   30   31   32   33   34   35   36   37   ...   182
EL-BEYAN 1 Cİ CİLD

QURANIN QANUNVERİCİLİK BAXIMINDAN ECAZI 
QURANDAN ƏVVƏLKİ DÖVRLƏR 
Bu bir həqiqətdir ki, aləmi öz nuru ilə işıqlandıran islam dini, 
zühur etməzdən əvvəl bir çox millətlər, xüsusilə cahil ərəblər 
zülmət və qorxunc həyat tərzi keçirirdi. Savadsızlıq, əxlaqsızlıq, 
ictimai pozğunluq hakim olan bir cəmiyyətdə elm öyrənmək ərəblər 
üçün böyük rüsvayçılıq, qan töküb ticarət karvanlarını qarət etmək 
isə mərdanəlik hesab olunurdu. 
İslamdan əvvəl onlar özlərinin qorxunc və xurafi adət-
ənənələrindən böyük bəhrələr aparırdılar. Cahil ərəblərin, vahid 
əqidə adı altında bir yerə toplayacaq nə dini, nə də ictimai qanun 
çərçivəsində vəhdət yaradacaq qanunları var idi. Ata-babalarının 
adət-ənənələri onları heyran edir və onu davam etdirməyi özləri 
üçün böyük fəxr bilirdilər. Bütpərəstlik cahil ərəblər arasında ən çox 
yayılmış ayinlərdən biri hesab olunurdu. Onlar öz əlləri ilə 
yonduqları bütlərə pərəstiş edir və onları şəfaətverici vasitə kimi 
müqəddəsləşdirirdilər. 
Ata-analarından onlara irs olaraq qalan var-dövlət və qarət yolu 
ilə əldə etdikləri mallar, onlar arasında püşk atma yolu ilə 
bölünürdü. Hər şeydən çox, geniş yayılmış qumarbazlıq əksəriyyət 
tərəfindən rəğbətlə qarşılanır, hətta bunu özlərinə böyük iftixar 
hesab edirdilər. Adət şəklini almış ən çikrin işlərdən biri də, 
atalarının zövcələri ilə evlənmələri, ondan da dəhşətlisi isə qız 
uşaqlarını diri-diri torpağa basdırmaları olmuşdur. 
QURAN ƏSRİ 
Ərəbistan yarmadasının islamdan əvvəlki ictimai vəziyyəti ilə az 
da olsa tanış oldunuz. Cəhalət və hərc-mərclik baş alıb getdiyi bir 
halda, orada parlaq islam günəşi doğdu. Cəhalətdə qərq olmuş 
qaranlıq ürəklər, islam nuru ilə işıqlandı. 
Təkallahlıq, bütpərəstliyin cəhalət və fəsadını elm və əxlaqla, illər 
boyu davam edən qəbiləvi düşmənçiliklərini isə dostluq və 


59 
məhəbbətlə əvəz etdi. Qarətçi və pərakəndə ərəb qəbilələri təqvalı 
vahid müsəlman ümmətinə çevrildi. Belə ki, iqtidarda olduqları 
illər ərzində elm, mədəniyyət, insaniyyət və svilizasiyanın ən 
yüksək mərhələlərinə nail olaraq, fəth etdikləri ölkələrdə də 
bunların yayılmasında böyük nailiyyətlər əldə etdilər. Həmin 
dövrdə elm, mədəniyyət və tərəqqi artıq islam bayrağı altında 
dalğalanırdı.Görkəmli fransız elm xadimi Durus bu haqda deyir: 
«Müsəlmanların peyğəmbəri olan Məhəmməd, özünün səmavi 
təlimlərini pərakəndə ərəb qəbilələri arasında asanlıqla yayaraq 
onların vəhdət və birliyinə nail oldu. O, öz hakimiyyətini 
İspaniyadan Hind yarmadasınadək yayaraq svilizasiya və tərəqqi 
bayrağını bu ölkələrdə ucalda bildi. O böyük insan, Avropa 
ölkələrindən fərqli olaraq, bir zaman Ərəbistan yarmadasında dərin 
islahatlar apara bildi. 
Orta əsrlərdə elm və mədəniyyətə yiyələnən yeganə millət var 
idisə, o da cəhalət pərdəsini kənara çəkmiş və onu elm və 
mədəniyyətlə əvəz etmiş ərəb milləti idi.» 
(Sifvətul ürfan. Məhəmməd 
Fərid Vəcdi-119).
Demək, ərəblər qazandıqları bütün zəfər və nailiyyətləri, 
müqəddəs islam dinini qəbul etmək və səmavi bir kitab kimi 
Qurana iman gətirmələri ilə əldə etmişlər. O, Quran ki, bütün 
qanun nizamnamələri məntiq və əql əsasında qoyulmuşdur. Quran 
özünəməxsus bəyanetmə üslubu ilə digər səmavi kitablardan fərqli 
və müqayisəolunmaz dərəcədə üstündür. Bu halda biz bunu, 
Quranın başqa bir möcüzəvi xüsusiyyətlərindən biri kimi qəbul edə 
bilərik. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin