60
onların dilindən, Allah-taaladan bütün işlərin
ifrat və təfritə yol
vermədən həyata keçirməsini diləmələrini bəyan edir.
«Bizi doğru yola yönəlt.» (Fatihə-5).
Quranın digər ayələrində də insanların bütün işlərdə orta mövqe
tutmaları (ifrat və təfritə yol verməmələri) tövsiyə olunur.
«Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar
arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir.»
(Nisa-58).
« Ədalətli olun. Bu təqvaya daha yaxındır » (Maidə-8).
«Söz söylədiyiniz zaman [lehinə və ya əleyhinə danışdığınız
adam] qohumunuz olsa belə, ədalətli olun» (Ənam-152).
«Həqiqətən, Allah [Quranda insanlara] ədalətli olmağı, yaxşılıq
etməyi, qohumlara [haqqını] verməyi [kasıb qohum-əqrabaya
şəriətin vacib bildiyi tərzdə əl tutmağı] buyurar, zina etməyi, pis
işlər görməyi və zülm etməyi isə qadağan edər. Allah sizə, bəlkə
düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!» (Nəhl-90).
Quran həyatın bütün sahələrində ədaləti hər şeydən üstün tutur
və müsəlmanlara da daim bu meyara əsaslanmağı tövsiyə edir.
Onlardan bir neçəsi haqda söhbətə bəşlayırıq.
1. SƏRVƏT VƏ MÜLKİYYƏT
Quran insanın orta həyat səviyyəsində yaşamasını, israfa yol
verməyib, imkansızlara qarşı xəsis olmamasını tövsiyə edir.
Quranın bir çox ayələrində insanların xəsislik və paxıllıqdan uzaq
olmaları əmr olunur:
Dostları ilə paylaş: