MüƏLLİFDƏN


«Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə36/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   32   33   34   35   36   37   38   39   ...   182
EL-BEYAN 1 Cİ CİLD

 «Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik 
edənlər, heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyir, bu 
onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü 
boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha 
məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır.» (Ali İmran-180). 
Eyni zamanda insanların israfdan çəkinərək bir qədər əliaçıq 
olmaları tövsiyə olunur. 
«İsraf etməyin. Allah israf edənləri sevməz!» ( Ənam-141). 
 «Həqiqətən, [malını əbəs yerə] sağa-sola səpələyənlər Şeytanın 
qardaşlarıdır.» (İsra-27). 


61 
 «Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. 
Yoxsa həm qınanarsan, həm də peşiman olarsan.» (İsra-29). 
2. İNTİQAM VƏ ƏFV ETMƏKDƏ ƏDALƏT 
Quran insanı həyatın acılı-şirinli günlərinə adət etməyə, qarşısına 
çıxan bəla və müsibətlərə səbr etməyə tövsiyə edir. Səbr edənlərin 
böyük nemətlərlə mükafatlandırılacaqlarına bəşarət verir: 
 «Yalnız [dünyada Allah yolunda çətinliklərə] səbr edənlərə 
[axirətdə] saysız-hesabsız mükafat veriləcəkdir.» (Zumər-10). 
 «Allah səbr edənləri sevər.» (Ali İmran-146). 
Amma bu heç də o demək deyildir ki, Quran insanları zülmə 
qarşı mübarizə aparmaqdan çəkindirir və onların zülmə tabe 
olmalarını tövsiyə edir. Xeyir! Quran məzlumlara, öz haqlarını tələb 
etmək lazım gələrsə, mübarizəyə belə qoşulmasını əmr edir. Bəqərə 
surəsinin 194-cü ayəsində bu haqda deyilir: 
 «Sizə qarşı həddini aşanlarla siz də həmən ölçüdə həddi aşın 
[cavab verin].» 
* * * 
Quran, qətlə yetirilmiş şəxsin sahibinə həddi aşmadan (yəni daha 
ağır əzab növlərindən istifadə etmədən) qisas almaq ixtiyarın 
vermişdir. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin