MüƏLLİFDƏN


«Haqsız yerə öldürülən məzlum bir şəxsin sahibinə [və ya



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə37/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   33   34   35   36   37   38   39   40   ...   182
EL-BEYAN 1 Cİ CİLD

 «Haqsız yerə öldürülən məzlum bir şəxsin sahibinə [və ya 
varisinə qatil barəsində] bir ixtiyar verdikdə [istəsə qatildən qisas 
alar, istəsə bağışlayar və ya qanbahası tələb edər]. Lakin, o da qətl 
etməkdə ifrata varmasın. [qisas almalı olsa, yalnız qatili 
öldürməklə kifayətlənsin.» (İsra-33). 
3. MADDİ VƏ MƏNƏVİ İŞLƏRDƏ ƏDALƏT 
Quranın qanunvericilik prinsipləri ədalət üzərində qurulduğu 
üçün, onda dünya və axirət qanunları arasında müəyyən oxşarlıq 
vardır. Quran, tövratda olduğu kimi yalnız insanların maddi 
həyatlarına diqqət yetirərək axirət dünyasını onların zehnindən 
silməmişdir. Belə ki, xeyirxah işlər görən şəxslərin mükafatını, 
məhz dünyəvi var-dövlətdə və başqalarının üzərində hakimiyyətdə 


62 
görür. Və eyni zamanda incildə olduğu kimi, yalnız axirətə 
qapılaraq dünyəvi həyatdan əl çəkməyi kimsəyə tövsiyə etməyir. 
Quran həm insanları axirət dünyasına sövq edir, həm də dünyəvi 
halal ləzzətlərdən zövq almağı tövsiyə edir. 
 «Hər kəs Allaha və peyğəmbərinə itaət edərsə, Allah onu 
ağacların altında çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, 
bu da [möminlər üçün] böyük uğur və qurtuluşdur! Hər kəs Allaha 
və peyğəmbərinə itaət etməyib Onun sərhədlərini aşarsa, Allah da 
onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab 
gözləyir. (Nisa 13-14). 
 «Kim [dünyada] zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyirini 
görəcəkdir [mükafatlanacaqdır]. 
Kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir 
[cəzasnı çəkəcəkdir].» (Zilzal 7-8). 
 «Allahın sənə verdiyindən özünə axirət qazan [malını Allah 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin