MüƏLLİFDƏN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə39/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   35   36   37   38   39   40   41   42   ...   182
EL-BEYAN 1 Cİ CİLD

biləndir!» (Nur-32). 
 « Əgər yetim qızlarla [evlənəcəyiniz təqdirdə] ədalətlə rəftar edə 
biləcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan başqa 
qadınlardan iki, üç və dörd nəfəri ilə nikah bağlayın.» (Nisa-3). 
6. RƏFTAR VƏ ÜNSİYYƏTDƏ ƏDALƏT 
Quran, insanı həyat yoldaşı ilə xoş rəftar etməyə, onun maddi-
mənəvi ehtiyaclarını ödəməyə və digər müsəlmanlarla, xüsusilə ata-
ana, yaxın qohumlarla da gözəl rəftar etməyə dəvət edir. 
Başqalarına qarşı xoş rəftar etmək və səmimi ünsiyyətdə olmaq 
yalnız müsəlmanlara deyil, eləcə də bütün bəşəriyyətə vacib olan 
məsələlərdəndir. 
 «Onlarla [qadınlarınızla] gözəl [Allah buyurduğu kimi] rəftar 
edin.» (Nisa-19). 
 «Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, 
qadınların da onlar [kişilər] üzərində hüquqları vardır.» (Bəqərə-
228). 
 «Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-
anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq 
qohum-qonşuya, yaxın yoldaş və dostlara, [pulu qurtarıb yolda 
qalan] müsafirlərə, sahib olduğunuz qul və kənizlərə yaxşılıq edin. 


64 
Həqiqətən Allah özünü bəyənənləri və lovğalıq edənləri sevməz.» 
(Nisa-36). 
 «Allah sənə [sərvət verməklə] yaxşılıq etdiyi kimi, sən də 
[varından yoxsullara, qohum-əqrəbaya xərcləməklə] yaxşılıq et. Yer 
üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-
fəsad törədənləri sevməz.» (Qəsəs-77). 
 «Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır.» ( 
Əraf-56). 
 «Yaxşılıq edin! Allah yaxşılıq [ehsan] edənləri sevər.» (Bəqərə 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin