68
əsgərlərinin] sizin olmasını vəd edirdi. Siz, silahsız karvanın sizin
olmasını arzu edirdiniz. Allah isə öz sözlərini [bu barədə nazil
etdiyi ayə] ilə haqqı [islamı] bərqərar etmək və kafirlərin kökünü
kəsmək istəyirdi.» ( Ənfal-7).
Döyüş başlamazdan əvvəl islamı təzə qəbul etmiş möminlər həm
silah və sursat, həm də canlı qüvvə baxımından azlıq təşkil
edirdilər.
Müsəlmanlardan yalnız Zubeyr ibni Əvvamın və Miqdadın
miniyi vardısa, Qüreyş əsgərləri həm ordu baxımından çoxluq
təşkil edir, həm də hamılıqla döyüş silahları ilə təchiz
olunmuşdular. Bu səbəbdən də onlar qorxuya düşərək mənəvi
sarsıntı keçirirdilər. Lakin ayə nazil olmaqla, onların sayca az
olmalarına
baxmayaraq,
qalib
gələcəklərinə
və
kafirlərin
məğlubiyyətə uğrayacağına bəşarət verilir.
1. PEYĞƏMBƏRİN (S) DÜŞMƏNLƏRİ HAQDA VERİLƏN
XƏBƏRLƏR
«[Ya Məhəmməd!] Sənə əmr olunan Quranı açıq-aşkar təbliğ et
və müşriklərdən üz döndər! Şübhəsiz ki, istehza edənlərin [şərindən]
səni qorumağa Biz kifayət edərik. O kəslər ki, Allahdan başqa
tanrıya şərik qoşdular, onlar [başlarına gələcək müsibəti, düçar
olacaqları əzabı, bütün bəd əməllərinin aqibətini] mütləq
Dostları ilə paylaş: