69
güman etmirdi. Lakin, ayə nazil olmaqla hər şey əvvəlcədən bəyan
oldu və çox keçmədən həqiqət öz yerini tapdı.
3. İSLAMIN BÜTÜN DİNLƏRƏ QALİB GƏLMƏSİ
«Müşriklərin xoşuna gəlməsə də, islamın bütün dinlərdən üstün
olduğunu göstərmək üçün öz Peyğəmbərinə doğru yolu göstərən,
rəhbərlə [Quranla] və haq dinlə göndərən Odur!» (Səf-9).
Ayə nazil olarkən hələ islam dini Ərəbistan yarmadasında
bütünlüklə yayılmışdı. Lakin, bir neçə il əvvəl bu ayə nazil olmaqla,
islam dininin bütün dinlərə qalib gələcəyi və qiyamət gününədək
öz əzəmətini qoruyub saxlayacağı bildirilirdi.
4. İRAN-RUM MÜHARİBƏSİ
«Rumlular [bizanslılar iranlılara] məğlub oldular. [ Ərəbistana]
ən yaxın bir yerdə [Şamda ya Urdunda] lakin onlar [bu]
məğlubiyyətlərindən sonra qalib gələcəklər.» (Rum 2-3).
5. İSLAM DÜŞMƏNLƏRİNİN MƏĞLUBİYYƏTİ
«Yoxsa onlar: «Biz [Məhəmməddən və möminlərdən] intiqam ala
biləcək bir zümrəyik!» - deyirlər?
Dostları ilə paylaş: