3. QURANDA EVLƏNMƏ QANUNU Quran, evlənmənin və ya müştərək həyat tərzinin qurulmasını
təkcə insan və heyvanlarda deyil, bitkilər aləmində də baş verdiyini
bizə xəbər verir.
«Bütün meyvələrdən [erkək-dişi, yaxud şirin-acı, turş-meykai və s. olmaqla] cüt-cüt yetişdirən... Odur.» (Rəd-3). «Yerin yetişdirdiklərindən, onların [insanların] özlərindən və bilmədiklərindən [erkək-dişi olmaqla] cütlər yaradan Allah pak və müqəddəsdir! [Eybsiz və nöqsansızdır!]» (Yasin-36). «O [böyük Allah] ki, yer üzünü sizin üçün döşəmiş [döşək etmiş]...» (Taha-20). Quran, çox zərif və incə ifadələrdən istifadə edərək yer üzünü
döşəyə və ya uşaq beşiyinə bənzətmişdir. Məlum olduğu kimi,
ayədə istifadə olunan «məhd» kəlməsi, ərəb dilində uşaq beşiyinə
deyilir. Südəmər körpə beşikdə rahatlıq tapdığı kimi, yer üzündə
baş verən dəyişikliklər (gündüzün gecə ilə əvəz olması, fəsillərinin
dəyişdirilməsi və s.) insanlarda mənəvi rahatlığın və asayişin
yaranmasına səbəb olur.
Təbiətdə baş verən dəyişikliklər təkcə insanlarda deyil, heyvan
və bitkilər aləmində də asayişin bərqərar olmasına səbəb olur.
Göründüyü kimi, ayədə yerin hərəkət etməsinə ötəri və qısa
ifadələrlə işarə olunur. Bunun isə əsas səbəbi Ərəbistan
yarmadasında hökm sürən o dövrün cəhalət rejimi olmuşdur.
Yerin sabit və hərəkətsiz olduğuna əsaslanan nadan bir camaata
təbii ki, elə bir şəraitdə yerin daim hərəkətdə olmasını birbaşa açıq-
aşkar ifadələrlə bəyan etmək olmazdı.
(Peyğəmbərin (s) vəfatından on əsr sonra Qaliley, yerin iki növ hərəkətdə (həm öz oxu ətrafında fırlanması və günəş qalaktikasındakı daimi hərəkəti) olduğunu sübut etməyə cəhd etdi. Lakin onun irəli sürdüyü nəzəriyyə iqtidarda olan katolik keşikçiləri tərəfindən küfr kimi qarşılandı. Qaliley işkəncələrə məruz qalaraq zindanlara atıldı. Beləliklə, Avropa alimləri öz ixtiralarını kimsəyə bildirməməyi hər şeydən üstün tutdular.) Beləliklə, Quran yerin hərəkət
etməsini icmali və qısa ifadələrlə bəyan edir.