MüƏLLİFDƏN


gecə yarısı qılardı. Amma mən əksinə olaraq, məğrib namazını gün



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə50/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   46   47   48   49   50   51   52   53   ...   182
EL-BEYAN 1 Cİ CİLD

gecə yarısı qılardı. Amma mən əksinə olaraq, məğrib namazını gün 
qürub edərkən, sübh namazını isə dan yeri söküləndə qılardım. O, 
mənə dedi: Sən də mənimlə eyni vaxtda qıl çünki, günəş üfüqdə 
bizim üzərimizdə görünməzdən əvvəl başqaları onu bizdən tez görür 
və axşamlar bizim üzərimizdə qürub edərkən başqa üfüqlərdə hələ 
də qürub etməyir. 
İmam Sadiq (ə) deyir: Mən ona dedim ki, hər qövm və millət 
bütün dini mərasimləri öz üfüqü əsasında həyata keçirməlidir.» 
Göründüyü kimi, həmin şəxs burada şərq və qərb arasında fərq 
qoymaqla yer kürəsinin dairəvi olduğuna işarə edir. İmam Sadiq (ə) 
da öz növbəsində onun dediklərini təsdiq edir və eyni zamanda 
buraxdığı səhvlərə diqqət yetirməsini tövsiyə edir. 
2. İmam Səccad (ə) sübh və axşam namazlarından sonra bu duanı 
edərdi: 
«Allah gecə və gündüz üçün müəyyən hədd və ölçü təyin 
etmişdir. Onlardan hər birini digərinə daxil edir və eyni zamanda 
digərindən o birinə qovuşdurur.» 
İmam Səccad (ə) insanlardakı tərz-təfəkkürü nəzərə alaraq 
gündüzün gecə, gecənin də gündüzlə əvəz olunmasını çox zərif 
ifadələrlə bəyan edir və yerin dairəvi olduğuna toxunur. 
Bəziləri belə güman edə bilər ki, imam Səccad (ə) gecənin 
gündüzə, gündüzün də gecəyə daxil olmasını (bir-birilə əvəz 
olunmasını) dedikdə, onların ilin fəsillərində uzanıb qısalması 
olmuşdur. Bu isə tamamilə yanlış bir fikirdir. Çünki, əgər imam 
yalnız hamının dərk edə bildiyi bir məsələni, yəni gündüzün 
uzanmasını və gecənin qısalmasını və ya bunun əksini bəyan etmək 
istəsəydi, «onlardan (gecə və gündüz) hər birini digərinə daxil edir» 
deməklə kifayətlənər və əlavə olaraq «və eyni zamanda digərini də 
o birinə qovuşdurur» ifadəsindən də istifadə etməzdi. 
Çünki, bu cümlə ilk baxışda birinci cümləni bir növ təkrar edir. 
Buna əsasən deməliyik ki, ikinci cümlə hal formasında işlənmişdir. 
Demək gecənin gündüz, gündüzün də gecə ilə əvəz olunmasını 
yalnız o zaman fərz etmək olar ki, yerin dairəvi olduğunu qəbul 
etmiş olaq. 


76 
NƏTİCƏ 
Quranın möcüzə və səmavi kitab olduğuna dair gətirdiyimiz 
dəlillərlə kifayətlənirik. Artıq cəsarətlə deyə bilərik ki, Quran 
bəşəriyyətin bacarıq və istedadından xaric olan ilahi bir vəhy 
toplusudur. 
Quranın ilahi vəhy olduğunu sübuta yetirmək üçün, islamın 
bəşəriyyət üçün Əli ibni Əbi Talib (ə) kimi bir şəxsiyyət 
yetişdirməsini dəlil gətirmək kifayət edər. 
Dünyanın tanınmış alimləri İmamın (ə) ifadələrini (xütbə və 
hikmətli kəlamlarını) dərk etməyi özlərinə böyük iftixar bilirlər. 
Mütəfəkkir və təhqiqatçılar onun tükənməz elm dəryasından 
bəhrələnir və ondan öz elmi əsərlərində lazımı qaydada istifadə 
edirlər. Onun söylədiyi ifadələr qarşısında nə bir şəxs yeni nəzər 
verir, nə də ondan üstün bir şey söyləməyə cəsarət edirlər. 
Əli (ə)-ın həyatı ilə tanışlığı olmayan şəxslər, onun xütbələrindən 
birini mütaliə etdikdən sonra belə güman edə bilərlər ki, haqqında 
söhbət açdığı bütün elmi mövzularda xüsusi məharəti olmuş və 
bütün ömrünü bu sahələrdə təhqiqat işləri aparmaqla başa 
vurmuşudur. Lakin onun elm və zəkası ilahi vəhy məktəbindən 
qaynaqlanmışdır. Ərəbistan yarmadasının, xüsusilə də Hicazın o 
günkü ictimai vəziyyətilə azacıq tanış olan şəxs, qətiyyətlə belə bir 
nəticəyə gələcəkdir ki, Əli (ə) öz elmini Peyğəmbərə (s) iman 
gətirdiyi ilk gündən ilahi vəhy məktəbindən əxz edə bilmişdir. 
Məşhur söz ustadlarından biri Nəhcül-bəlağə haqda bəyan etdiyi 
gözəl ifadələrdən birində deyir: 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin