MüƏLLİFDƏN


«Allah, küləyi yeddi gecə səkkiz gün ardı-arası kəsilmədən



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə55/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   51   52   53   54   55   56   57   58   ...   182
EL-BEYAN 1 Cİ CİLD

«Allah, küləyi yeddi gecə səkkiz gün ardı-arası kəsilmədən 
onların üstünə əsdirdi.» 
Göründüyü kimi burada «yovm» kəlməsi gündüz, «ləyl» isə gecə 
mənasında işlədilmişdir. Bəzən də «yovm» kəlməsinin gecə və 
gündüz mənasında işlədilməsinin şahidi oluruq. 
«[Saleh onlara dedi] Daha üç gün yurdunuzda yaşayıb keyf 
çəkin.» (Hud-65). 
Belə ki, «ləyl» kəlməsi bəzən gecəyə, bəzən də günəşin üfüqdə 
gizlənməsinə deyilir. 
«And olsun günəşə və onun işığına [günəşin qaldığı vaxta].» 
(Şəms-1). 
«Yeddi gecə səkkiz gün ardı-arası kəsilmədən...» (Haqqə-7). 
Bəzən də «ləyl» gündüzlə gecəyə deyilir. 


84 
«[Bir daha] xatirinizə gətirin ki, biz Musaya [Tur dağında vəhy 
üçün] qırx gecəlik vədə vermişdik.» (Bəqərə-51). 
Göründüyü kimi, birinci ayədə «yovm» gecə ilə gündüz, ikinci 
ayədə isə «ləyl» gecə-gündüz, yəni bir gün mənasında işlənmişdir. 
Bu iki ifadə - «yovm və ləyl» Qurani-kərimin digər ayələrində də 
gecə-gündüz mənalarında işlənmişdir. 
Buradan belə məlum olur ki, ayədə istifadə olunan bu ifadələrin 
hər biri eyni məna daşıyır. Demək, ayədə ziddiyyət deyil, əksinə 
uyğunluq nəzərə çarpır. Hər iki ayə bir-birini təsdiq və təfsir edir. 
Ziddiyyət o zaman ola bilərdi ki, «ləyl» yalnız gecə, «yovm» isə 
yalnız gündüz mənasını daşımış olsun. Bir halda ki, «ləyl», həm də 
«yovm» gecə və gündüz mənalarını verir və belə olduqda heç bir 
ziddiyyətdən söhbət açmaq olmaz. 
Bu, inkarolunmaz bir həqiqət olsa da, bəzi inadkar və təəssübkeş 
insanlar Quranın əzəmətinə xələl gətirmək məqsədilə belə bir 
məntiqsiz iradlara əl atırlar. Belə bir ixtilafı Məttanın incilində də 
müşahidə edirik. 
Orada deyilir: «Məsih ölməzdən əvvəl, dünyasını dəyişdikdən 
sonra cəsədinin yerdə yalnız üç gün dəfn olunacağı haqda xəbər 
verdi.» (12-ci fəsl). 
Lakin həmən kitabın digər fəsillərində və digər incillərdə bu 
haqda deyilir: «Məsih çox qısa bir müddət ərzində yerdə dəfn 
olundu. Onun cəsədi yalnız cümə gününün axırı, bazar və bazar 
ertəsi günləri yerdə dəfn olundu. 
Bu incilləri diqqətlə mütaliə etdikdən sonra, onu ilahi vəhy 
adlandıran şəxslərdən soruşun: Dediyiniz üç gecə-gündüz ilə 
incildəki gecə və gündüz arasında nə kimi oxşarlıq görürsünüz?! 
Təəccüb doğuran burasıdır ki, qərb alimləri xurafat və 
mövhumatlarla dolu olan incil və tövrata iman gətirib, haqq-ədalət 
meyarı olan Qurandan üz çevirir və onun əzəmət və böyüklüyünü 
dərk etmək istəmirlər. 
Nə etmək olar, haqsevər insanlar az, təəssüb fəlakətinə düçar 
olanlar isə olduqca çoxdur. 
2-ci irad: 


85 
Deyirlər ki, Ali İmran surəsinin 41-ci ayəsində Zəkəriyya 
peyğəmbərin dualarının qəbul olunması əlaməti üç gün göstərilir. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin