14
qiyamət gününə, məhşərdə aparılacaq
sorğu-suallara, onların
gördükləri
işlərə
müvafiq
olaraq
mükafatlandırılıb-
cəzalandırılacaqlarına əhəmiyyət vermələrinə xüsusi diqqət
yetirilmişdir. Və eyni zamanda Əli (ə)-ın
buyurduğu
«Quranla siz
bütün ixtilaf və qarşıdurmalarınızı aradan qaldıra bilərsiniz.
Quran sizin axirət dünyanızı və öldükdən sonra bir daha
diriləcəyinizi belə bəyan edir»
sözləri bir daha bunları
sübuta
yetirir.
b) Bəlkə də
«gələcək»
deyildikdə məqsəd, Quranın gələcək
hadisələr barəsində əvvəlcədən xəbər verməsidir. Belə ki,
bir çox
hadisələr Quran ayələri nazil olduqdan sonra baş vermişdir.
v) Bu barədə verilən üçüncü nəzəriyyə Quranın keçmiş qövm və
millətlər barəsində xəbər verməsidir. Quran onların keçmiş tarixinə
nəzər salaraq gələcək millət və nəsillərin bu yolu keçəcəklərinə işarə
etmişdir. Bu ehtimala əsasən deyə bilərik ki, yuxarıdakı hədislərdə
İnşiqaq surəsinin 19-cu ayəsi nəzərdə tutulur. Orada deyilir:
Dostları ilə paylaş: