101
3. Namaza başlarkən ilk təkbirdə əllərin qulaqlara qədər
qalxması;
4. Namazda ikən bədənin bütünlüklə qibləyə tərəf olması.
Lakin «nəhr» sözü haqda deyilən bütün mənaları
ayəyə şamil
edə bilərik və onların hər birini nəzərdə tutduqda, Peyğəmbərin (s)
ona bəxş olunan nemətlərə şükr etməsi kimi qəbul edə bilərik.
Allah-taala bəxş etdiyi nemətlərə, Peyğəmbərə (s)
şükr etməsini
əmr etdikdən sonra növbəti 3-cü ayəni nazil etdi:
«Səni istehza edən
düşmənin sonsuz qalacaqdır və onun ad və şöhrətindən heç bir əsər-
əlamət belə qalmayacaqdır!»
Peyğəmbərə (s) istehza edən kəslərin aqibəti Quranın xəbər
verdiyi kimi də oldu. Onun nəsli kəsilərək ad-sanından heç bir əsər-
əlamət qalmadı.
Axirətdə isə onların məskun olacaqları yer cəhənnəmin əzablı
təbəqələri olacaqdır.
Kovsər surəsi haqda qısa məlumat verdik.
İndi özünüz deyin, hikmətlə dolu olan ilahi kəlamları, üzdəniraq
yazıçının bir-biri ilə əlaqəsi olmayan əsassız
ifadələri ilə müqayisə
etmək olarmı?!
O, Musəyləmə Kəzzabın Quranla mübarizə üsulundan istifadə
etsə də, nəticədə məqsədinə çata bilməmişdir.