103
MÖCÜZƏNİ İNKAR EDƏN İLK AYƏNİN
ARAŞDIRILMASI
İSLAM PEYĞƏMBƏRİNİN MÖCÜZƏSİNİN DİGƏR
PEYĞƏMBƏRLƏRİN MÖCÜZƏSİNDƏN ÜSTÜNLÜYÜ
Bu haqda məlumatı olan hər bir şəxs, Peyğəmbərin (s) ən böyük
möcüzəsi olan Quranın, keçmiş
peyğəmbərlərin möcüzəsindən
daha əhəmiyyətli olduğunu çox gözəl dərk edir.
Ötən fəsillərdə
Quranın bəzi möcüzəvi xüsusiyyətlərinə
və onun digər
peyğəmbərlərin möcüzələrindən daha üstün olduğuna dair qısa
məlumat verdik.
Lakin Peyğəmbərin (s) möcüzəsi yalnız Quranın nazil olması ilə
bitmir. Qurani-kərimdən başqa onun digər möcüzələri də olmuş və
bəzi xüsusiyyətləri ilə onlarla şərik olmuşdur.
Quran isə ona xas
olan əbədi və ilahi möcüzədir.
Quranın digər möcüzələrdən üstünlüyünə və Peyğəmbərin (s)
digər möcüzələri ilə keçmiş peyğəmbərlərin möcüzələri arasında
olan oxşar xüsusiyyətlərə dair iki mühüm şeyə istinad edə bilərik:
1. Mütəvatir hədis və rəvayətlər;
Müsəlmanlar Peyğəmbərin (s) möcüzələrinə
dair yüzlərlə hədis
və
rəvayətlər nəql etmiş, bu barədə əqidə ixtilaflarının olmasına
baxmayaraq, saysız-hesabsız kitab və elmi əsərlər yazıb yaratmışlar.
Peyğəmbərin (s) möcüzəsi haqda
nəql olunmuş mütəvatir
hədislərin, kitab əhlinin öz peyğəmbərlərinin
möcüzələri haqda
nəql etdikləri hədislərdən iki üstün xüsusiyyəti vardır:
Dostları ilə paylaş: