MüƏLLİFDƏN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə69/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   65   66   67   68   69   70   71   72   ...   182
EL-BEYAN 1 Cİ CİLD

YANLIŞ TƏSƏVVÜR 
Bəzi inadkar şəxslər peyğəmbərlərin möcüzələrə malik olmasını 
qətiyyətlə rədd etdikləri kimi, heç bir elm və məntiqə əsaslanmayan 
nadan və cahil şəxslər də həzrət Məhəmmədin (s) möcüzələrinin 


105 
yalnız Qurandan ibarət olduğunu və onun digər başqa möcüzələrə 
sahib olmadığını iddia edirlər. Hətta bəzi sadəlövh insanlar əldə 
etdikləri yanlış məlumatlara əsaslanaraq – öz nəzərlərində – bu 
mətləbə toxunan Quran ayələrinə istinad edirlər. 
Onların istinad etdikləri ayələrdən bir neçəsinə işarə edib, 
məntiqi dəlillərlə belə bir təfəkkür tərzinin yanlış olduğunu sübuta 
yetirəcəyik. 
«Bizə möcüzələr göndərməyə mane olan şey ancaq, əvvəlkilərin 
[keçmiş ümmətlərin] onları yalan hesab etmələridir. Biz Səmud 
tayfasına açıq-aşkar bir möcüzə olaraq dişi [maya] dəvə verdik, 
lakin onlar ona zülm etdilər [dəvəni tutub kəsdilər]. Biz möcüzələri 
yalnız [bəndələrimizi] qorxutmaq üçün göndərdik.» 
Onlar deyirlər:
Ayədən belə məlum olur ki, Məhəmmədin (s) 
Qurandan savayı başqa bir möcüzəsi olmamışdır. Və Allah-taala 
ona Qurandan başqa ayrı bir möcüzə vermədiyi üçün, keçmiş 
ümmətlər öz gözləri ilə gördükləri möcüzələri təkzib edir və onun 
qarşısında təslim olmurdular. 
Cavab: 
Ayədən məqsəd, heç də Peyğəmbərin (s) Qurandan başqa 
digər möcüzələrə malik olmaması deyildir. Sadəcə olaraq o həzrət 
müşriklərin yersiz tələblərini rədd etmiş və onlara möcüzə 
göstərməkdən boyun qaçırmışdır. 
Başqa sözlə desək, Peyğəmbər (s) müşriklərin əyləncə məqsədilə 
görmək istədikləri möcüzələrdən imtina etmiş və onların istəklərini 
yerinə yetirməkdən boyun qaçırmışdır. 
Demək ayədən məqsəd, Peyğəmbərin (s) bütün möcüzələri deyil, 
əyləncə məqsədilə görmək istədikləri möcüzələri rədd etməsi 
olmuşdur. 
Ayənin özündə dediklərimizi sübuta yetirəcək bir neçə əsaslı 
dəlillər vardır: 
1.
Ayədə əlamət və nişan mənasını verən «ayə» sözünün cəm 
formasından, yəni «ayat» sözündən istifadə olunmuş, özü də 
müəyyənlik formasında, yəni «əlif-lam» ilə işlənmişdir. Bu 
səbəbdən də burada «əlif-lam»ın istifadə olunmasına dair üç 
ehtimal verə bilərik: 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin