MüƏLLİFDƏN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə71/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   67   68   69   70   71   72   73   74   ...   182
EL-BEYAN 1 Cİ CİLD

Nəticə: 
Qeyd olunan ayə peyğəmbərlərin haqq olmasını sübuta 
yetirmək üçün göstərdikləri möcüzələrə deyil, müşriklərin 
möcüzələr gördükdən sonra onlardan əyləncə məqsədilə tələb 
etdikləri möcüzələrə dəlalət edir. 
Burada belə bir sual meydana gəlir. Keçmiş ümmətlərin 
möcüzəni təkzib etmələri sonralar baş verəcək möcüzələrin qarşısını 
necə ala bilərdi? 
Cavab:
Onların möcüzəni təkzib etmələri şiddətli əzaba düçar 
olmaları ilə nəticələnə bilərdi. Belə ki, əgər onlar möcüzə tələb edib 
sonra onu təkzib etsəydilər, dərhal Allahın qəzəbinə gələr və 
şiddətli əzaba düçar olardılar. Bunu da bilirik ki, Allah-taala öz 
peyğəmbərlərinə öz ümməti arasında olduğu müddət ərzində yer 
üzərinə əzab göndərməyəcəyinə söz vermişdir. 
«Halbuki sən onların arasında ola-ola Allah [sənə hörmət 
əlaməti olaraq] onlara əzab verən deyil.» (Ənfal-33). 
Bu səbəbdən də əzaba düçar olmamaları üçün Allah tərəfindən 
heç bir möcüzə göndərilməmişdir. 
İnsanlar tələb etmədən peyğəmbərlərin həqqaniyyətini sübuta 
yetirmək və onların özləri haqda hidayət məqsədilə baş verən 
möcüzələrin təkzib olunması heç də peyğəmbərlərin özlərinin 
təkzib olunmasından az olmayırdı. İstər peyğəmbərlərin, istərsə də 
möcüzələrin insanlar tərəfindən təkzib olunması axirət əzabından 
başqa ayrı bir şeylə nəticələnməyir. Amma əgər əyləncə məqsədilə 
göstərilən möcüzə də insanlar tərəfindən təkzib olunsaydı, onlar 
həm axirət, həm də dünyəvi əzaba düçar olmuş olardılar. Çünki, 


108 
həqiqətə nail olmaq istəyən şəxs, gördüyü birinci möcüzəyə iman 
gətirər və bununla da kifayətlənər. 
Əgər bir şəxs möcüzə görmək istəyirsə, əslində bununla o, 
peyğəmbərlik iddiası edən şəxsin həqqaniyyətini dərk etmək 
istəyir. Əgər həmin şəxs bundan sonra yenə də peyğəmbəri təkzib 
etsə həm dünyəvi, həm də axirət əzabına düçar olacaqdır. Çünki o, 
bu əməli ilə peyğəmbəri istehza etmiş və öz istəyinin əksinə çıxmış 
olur. 
Tələb olunan möcüzələr təkzib olunduğu üçün Allah-taala bu 
kimi möcüzəni ayənin sonunda «qorxuducu möcüzələr» adlandırır. 
Beləliklə, 
Allah-taala 
insanlara 
peyğəmbərləri 
və 
onların 
möcüzələrini təkzib etdikləri üçün ciddi xəbərdarlıq edir. Qeyd 
etməliyik ki, belə bir xəbərdarlıq bütün hallarda deyil, yalnız 
insanları haqqa hidayət edən və peyğəmbərlərin həqqaniyyətini 
sübuta yetirən möcüzələrdə də müşahidə edilə bilər. 
4. Ayənin mətninə diqqət yetirdikdə bir daha bu həqiqətin şahidi 
oluruq ki, Allah tərəfindən qadağan olunan möcüzələr ümumi 
xarakter daşımır və məhz inadkar insanların əyləncə məqsədilə 
tələb etdikləri və insanlara xəbərdarlıq məqsədilə göstərilən 
möcüzələrə aiddir. 
a)
İsra surəsinin 58-ci ayəsində insanların inadkarlıq üzündən 
düçar olduqları fəlakətlərə toxunulur. 
«Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl biz onun 
əhalisini məhv etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, kitaba 
[lövhi məhfuzda] yazılmışdır.» 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin