109
istədikləri möcüzələrə aid olduğuna dəlalət edir. Bu ayələri diqqətlə
araşdırdıqda məlum olur ki,
müşriklər özləri üçün əzab
göndərilməsini istəmiş və ya tələb etdikləri möcüzəni təkzib
etməklə keçmiş ümmətlərdə olduğu kimi, əzaba düçar olmuşlar.
Bu məzmunda nazil olmuş ayələr
ümumi şəkildə üç qismə
bölünür.
1. Bəla istənilən ayələr;
2. Əyləncə məqsədilə tələb və sonralar təkzib olunan möcüzələr
haqda nazil olmuş ayələr;
3. Möcüzələr təkzib olunduqdan sonra gəlmiş bəlalar haqda nazil
olmuş ayələr.
1. BƏLA İSTƏNİLƏN AYƏLƏR
«Bir zamanda: Ya Allah! Əgər [Quran] Sənin tərəfindən gəlməsi
haqdırsa, onda başımıza göydən daş yağdır və ya şiddətli bir əzab göndər.
Halbuki, sən onların arasında ola-ola Allah [sənə hörmət əlaməti olaraq]
onlara əzab verən deyildir. [Tövbə edib bağışlanmalarını diləyərkən də
Allah onlara əzab verməz.» (Ənfal 32-33).
«De ki: Bir deyin görək əgər Allahın əzabı sizə gecə, yaxud
gündüz gəlsə [nə edərsiniz?] Günahkarlar buna [əzabın gəlməsinə]
niyə tələsirlər?» (Yunus-50).
«Əgər onlara gələcək əzabı az bir müddət yubatsaq, sözsüz ki, [istehza
ilə]: «Bu əzabı gecikdirən [ona mane olan] nədir?» deyəcəklər.» (Hud-8).
Dostları ilə paylaş: