112
[Allahın izni olmayınca, heç bir peyğəmbər sizin dediklərinizi yerinə
yetirməyə qadir deyildir!]
Deyirlər: Ayənin məzmunundan belə bir nəticəyə gəlirik ki,
müşriklər Peyğəmbərdən (s) möcüzələr göstərməsini tələb etmiş, O
isə buna qadir olmadığını bu ifadələrlə bəyan etmişdir.
«De ki, Rəbbim pak və müqəddəsdir! [Allah gedib-gəlmək, enib-qalxmaq
kimi məxluqata aid olan xüsusiyyətlərdən uzaqdır!] Mən isə yalnız
peyğəmbər olan bir insanam!» [Allahın izni olmayınca, heç bir peyğəmbər
sizin dediklərinizi yerinə yetirməyə qadir deyildir!]»
Buradan belə məlum olur ki, Peyğəmbərin (s) Qurandan başqa
heç bir möcüzəsi olmamışdır.
Cavab:
Bu məsələyə dair bir neçə cavab vermək olar.
1. Ayədəki müşriklərin tələb etdikləri möcüzələr əsassız olaraq
Məkkə müşriklərinin inadkarlıqla,
əyləncə məqsədilə görmək
istədikləri möcüzələrə bənzəyir. Bir qədər əvvəl biz bu kimi
möcüzələrin hansı şəraitdə baş verdiyini və nə ilə nəticələndiyini
qeyd etmişdik. Demək bu ayədə, peyğəmbərlərin öz həqqaniyyətini
sübuta yetirmək üçün gətirdikləri ibtidai möcüzələrə deyil, inadkar
müşriklərin əyləncə və bəhanə olaraq tələb etdikləri möcüzələrə
dəlalət edir. Çünki onlar peyğəmbərlərin, öz həqqaniyyətini sübuta
yetirmək üçün qarşılarına müəyyən şərtlər qoyur, hətta hansı
möcüzəni
göstərmələrini belə, əvvəlcədən təyin edirdilər. Əgər
onlar doğrudan da həqiqəti bilmək istəsəydilər, zəmanə
peyğəmbərlərinin göstərdikləri möcüzələrlə kifayətlənməli və
onlara iman gətirməli idilər. Belə olduqda peyğəmbərlərdən
möcüzə tələb etmək və möcüzələrin
birini digərindən üstün
tutmağa
heç
bir
lüzum
olmayacaqdı.
Bütün
bunlarla
kifayətlənməyən Məkkə müşrikləri, Peyğəmbərdən (s) möcüzə yolu
ilə göyə qalxmağı və Allah tərəfindən peyğəmbərliyini təsdiq
edəcək məktub gətirməsini tələb edirdilər.
Görəsən Peyğəmbərin (s) göyə qalxması bir möcüzə kimi onlara
kifayət etmirdimi?! İnadkarlıq üzündən irəli sürdükləri puç və
əsassız iddialar təbii ki, onları həqiqəti dərk etməkdən məhrum
etməli idi.
113
2. Peyğəmbər (s), «Rəbbim pak və müqəddəsdir» deməklə, heç
də bu işin qarşısında aciz olduğunu bildirmək istəməmişdir. O
həzrət belə bir ifadədən istifadə etməklə Allahın
bütün eyb və
nöqsanlardan uzaq və mümkün olan hər bir şeyə qadir olduğunu
bəyan etmək istəmişdir. O, uca və münəzzəh olduğu üçün gözlərə
görünməz və cism olaraq bizim gözlərimiz önündə canlanmaz. O,
təsəvvür olunandan daha uca və daha qüdrətlidir. Demək Onun,
insanların şəxsi meyl və istək üzündən tələb etdikləri möcüzələrin
qarşısında aciz qalması qeyri-mümkündür. O ki qaldı Peyğəbərə (s),
o da adi bir insandır. Görəcəyi bütün işlərdə Allahın əmrini gözləyir
və Onun izni olmadan nə bir möcüzə göstərir, nə də [dini
məsələlərdə] kimsəyə əmr edirdi. Bütün işlər Allahın
istək və
iradəsindən asılıdır. O, istədiyini edir və nəzərdə tutduğu hər bir işi
peyğəmbərlərinin vasitəsilə həyata keçirir.
3. Ayəyə
diqqət
olunsa
məlum
olar
ki,
müşriklərin
Peyğəmbərdən (s) tələb etdikləri möcüzələrin bir qisminin həyata
keçməsini
qeyri-mümkün,
digərlərini
isə
peyğəmbərin
həqqaniyyətini təsdiq edəcək amillər kimi qəbul etmək olmaz. Bu
səbəbdən də hətta əgər əyləncə və şəxsi istək üzündən tələb olunan
möcüzələrin həyata keçməsi vacib olarsa, yenə də bu kimi istəklər
cavabsız qalacaqdır.
İzah:
Müşriklərin tələb etdikləri möcüzələrin altısından üçünün
həyata
keçməsi mümkün olsa da, onları peyğəmbərlərin
həqqaniyyətinə dəlil olaraq qəbul edə bilmərik.
Dostları ilə paylaş: