114
«Göy yarıldığı zaman.» (İnşiqaq-1).
«Göy parçalandığı zaman.» (İnfitar-1).
«Əgər istəsək onları yerə batırar, yaxud göyün bir parçasını onların
başına endirərik.» (Səba-9).
Göylərin parçalanmasının və ya yerə enməsinin qeyri-mümkün
olduğunu dedikdə, heç də Allahın buna qadir olmadığını təsəvvür
etməməliyik. Sadəcə olaraq bu hadisələrin baş verməsi üçün lazımi
şərait yaranmalıdır. İnsanların təkamülü hər şeydən önəmli olduğu
üçün ilahi hikmət
prinsipləri tələb edir ki, bu prosesin həyata
keçməsi üçün müəyyən zaman və şərait yaranmış olsun.
Hər şey
başa çatdıqdan sonra isə Allahın əmri ilə yer və digər səma cisimləri
öz hərəkət dairəsindən xaric olub şiddətli toqquşma və
dəyişikliklərə səbəb olacaqdır. Bu ilahi əmr
daim qüvvədə olub və
olacaqdır. Hər şeyə qadir olan Allahın isə öz vədəsinə xilaf çıxması
qeyri-mümkündür.
2. Allahın gətirilməsi;
Müşriklər deyirdilər: Sənə yalnız o zaman iman gətirəcəyik ki,
Allahı bizim yanımıza gətirəsən və biz onu öz gözlərimizlə görək.
Bu isə qeyri-mümkündür. Çünki
əgər Allah gözlə görünsəydi,
müəyyən rəngə, ölçüyə və cismə xas olan digər xüsusiyyətlərə
malik olmalı idi. O, cism olmadığı
üçün gözlə görünməsi qeyri-
mümkündür. Demək, cismə xas olan xüsusiyyətləri də Ona aid
etmək qeyri-mümkün olmalıdır.
Dostları ilə paylaş: