117
edəcəkləri təqdirdə başlarına gələcək müsibət və fəlakəti] bilməz!» ( Ənam-
37).
Müşriklərin istidlal etdikləri bu mətləbə də biz iki cür cavab verə
bilərik.
Birinci cavab:
Əvvəlki ayələrdə olduğu
kimi bu ayədə də inkar
olunan möcüzələr Peyğəmbərin (s) bütün möcüzələri deyil,
müşriklərin inadkarlıqla Peyğəmbərdən (s)
tələb etdikləri
möcüzələrdir. Bir qədər əvvəl qeyd etdik ki,
müşriklər tələb
etdikləri möcüzələri peyğəmbərlərə iman gətirmək və ya onların
həqqaniyyətini dərk etmək məqsədilə deyil, məhz öz istəklərinə nail
olmaq üçün idi.
Belə ki, müşriklərin irəli sürdükləri tələblərin özünəməxsus
xüsusiyyətləri var idi və onlar heç bir məntiqə əsaslanmırdı.
Qurani-kərimdə dəfələrlə bu mətləbə
toxunulmuşdur və biz bir
daha bu məzmunda nazil olmuş ayələrdən bir neçəsinə işarə edirik.
«Onlar dedilər: Məgər ona [həzrət Məhəmmədə peyğəmbərliyinin həqiqi
olmasını təsdiq edən] bir mələk endirilməli deyildimi?» (Ənam-8).
Dostları ilə paylaş: