131
İbni Cəzri onun barəsində bu sözləri deyir: «O,
öz qiraət
üslubunu müəllimi Asimə, həmçinin Əta ibni Saibə və Əsləmə
Munqirə təqdim etmişdir. Şəbə yüz il ömür sürmüş və ölümündən
yeddi il əvvəl qiraətdən əl çəkmişdir.
Şəbə zəmanəsinin ən tanınmış qiraət
və şəriət alimlərindən biri
hesab olunurdu. Bəzən o, özü haqda deyərdi: Tək mən özüm islam
dininin yarısını təşkil edirəm! Ölüm ayağında bacısını ağlayan
görən Şəbə deyir: «Evin o küncünə bax! Mən orada on səkkiz min
dəfə Quranı xətm etmişəm.» Şəbə Hicrətin 95-ci
ilində doğulmuş,
193-cü və ya 194-cü ilində vəfat etmişdir.
Abdullah ibni Əhməd ibni Hənbəl atasından Əbu Bəkr haqda
deyərdi: «Şəbə mötəbər şəxsiyyətlərdən olmaqla yanaşı, səhvə də
çox yol verərdi.»
İbni Əbi Hatəm deyir: «Atamdan, Əbu Bəkr Əyyaşın
və Əbul
Əhvəsin kimliyi haqda soruşduqda bu sözləri dedi: Onlardan heç
birinin mötəbər olmasını təsdiq etmirəm. İbni Səd deyir: «O, düz
danışan və etibarlı bir şəxs idi, hədislə yanaşı
digər elmlərə də
yiyələnirdi. Lakin səhvə də çox yol verərdi.»
Əbu Nəsim deyir: «Hədis və qiraətdə Əbu Bəkrdən çox səhvə yol
verən ikinci bir şəxs görmədim.»
Bəzad deyir: «Hafizəsi zəif olduğu üçün hədis əzbərləmirdi.»
Yəqub ibni Şeybə deyir: «Nəql etdiyi hədislərdə bir növ zəiflik
nəzərə çarpırdı.»
ƏBU ƏMR BƏSRİ
Zəbban ibni Əla ibni Əmmar Mazəni Bəsrə əhalisindən
olmuşdur.
Bəziləri, hətta onun iranlı olduğunu da qeyd etmişlər.
Təqibə məruz qaldığı üçün atası ilə birlikdə Hicazı tərk etməyə
məcbur olmuş və qiraət elminə Məkkə və Mədinədə yiyələnmişdir.
Bəsrə və Kufə şəhərlərində də tanınmış qiraət ustalarının
dərslərində iştirak etmiş, sonralar
daha da məşhurlaşaraq yeddi
qiraət ustalarının sırasına daxil edilmişdir.
Şam camaatı Hicrətin 5-ci yüz illiyinə qədər İbni Amirin qiraət
üsulundan istifadə edərdi. Amma sonralar İraqdan Şama gəlmiş bir
şəxs Əməvi məscidində Əbu Əmr Bəsrinin qiraətini geniş şəkildə
132
təbliğ etmiş və onu yerli əhaliyə öyrətməyə başlamışdır. Əsməi,
Əbu Əmrdən nəql edərək deyir: «Hətta keçmiş qiraət ustalarından
kimsənin məndən bilikli olduğunu güman etmirəm.»
Əbu Əmr Hicrətin 68-ci ilində doğulmuş və bir çoxlarının
dediyinə görə, 154-cü ildə vəfat etmişdir.
Dovri, İbni Muindən nəql edərək deyir: «Əbu
Əmr mötəbər və
etimad olunası bir şəxs olmuşdur.»
Əbu Xeysəmə deyir: «Əbu Əmrin heç bir nöqsanı yox idi, lakin
nəql etdiyi rəvayətləri yadda saxlaya bilmirdi.»
Nəsr ibni Əli Cəhzəmi atasından nəql edərək deyir: «Günlərin bir
günündə Şəbə mənə dedi: Əbu Əmrin qiraətinə diqqət yetir! Hər
hansı bir qiraəti seçərsə, onu kağız üzərinə köçür. Çünki, o, yaxın
gələcəkdə qiraət tədris edəcəkdir.»
Əbu Müaviyə Əzhəri nəql edərək deyir: «Əbu
Əmr bir neçə
qiraət üsuluna yiyələnmişdi. O, ərəb dilinin incəliklərinə fəsahət
alimlərindən daha çox tanış idi.»(
Təhzibut-təhzib, 12-ci cild, səh.178-180)
Dostları ilə paylaş: