133
İbni Mücahid deyir: «Əbu Əmrin digər şagirdləri Yəzididən
(Yəhyadan) daha fəal olmalarına baxmayaraq, burada məhz onun
mötəbərliyini qeyd etdik. Bunun isə əsas səbəbi onun başqaları ilə
deyil, məhz Əbu Əmrlə maraqlanıb ondan hədis nəql etməsidir. O,
Əbu Əmrin digər şagirdlərindən daha fəal və hafizəli idi.»
Yəhya, Hicrətin 402-ci ilində doğulmuş və 72 yaşında Mərvdə
vəfat etmişdir. Bəziləri isə onun yaşının daha çox olduğunu qeyd
etmişlər.
2. Dovri, Yəhyanın ravisi və şagirdi olmuşdur. Adı Həfs, atasının
adı isə Əmr ibni Əbdül Əziz Dovri, Bəni-əzd və Bağdadi qəbiləsinə
mənsub olmuşdur.
İbni Cəzri deyir: «Dovri hamı tərəfindən hörmət və izzətlə
qarşılanan bir şəxs olmuşdur. Nəql etdiyi bütün mətləbləri yazır və
hifz edirdi. O, qiraət elminin qanun və qaydalarını bir yerə toplayan
ilk şəxs olmuşdur. Təvəllüdü dəqiq məlum deyildir, vəfat tarixi isə
Hicrətin 246-cı ili göstərilir. (
Təhzibut-təhzib, 2-ci cild, səh.408.)
Dostları ilə paylaş: