YƏZİD İBNİ QƏQA
İbni Cəzri deyir: «Yəzid ibni Qəqa bir rəhbər kimi tanınmışdı.
Mədinənin Bəni-məxzum qəbiləsinə mənsub olmuş və Əbu Cəfər
künyəsi ilə şöhrət tapmışdı.
O, tabeinlərin ən məşhur on qarilərindən biri idi. Qiraəti Abdulla
ibni Əyyaş ibni Əbi Rəbiədən, Abdullah ibni Abbasdan və Əbu
Hüreyrədən öyrənmiş və onların özlərinə təqdim etmişdir.»
Yəhya ibni Muin deyir: «İbni Qəqa Quran elmlərinə mükəmməl
yiyələndiyi üçün Mədinəyə baş qari təyin olunmuşdu. Bu səbəbdən
də hamı onu Qari adlandırırdı. O bir alim kimi hamı tərəfindən
sevilir və ehtiramla qarşılanırdı. Digər ravilərdən fərqli olaraq az
rəvayət nəql edərdi.»
İbni Əbi Hatəm deyir: «Atamdan İbni Qəqanın necə şəxsiyyət
olduğunu soruşduqda, onun mötəbər şəxs olduğunu etiraf etdi.
Doğum tarixi dəqiq məlum deyildir. Vəfatı isə Hicrətin 130-cu ilinə
təsadüf olunur.»
142
Yəzid ibni Qəqanın raviləri isə İsa və İbni Cəmaz adlı şəxslər
olmuşdur.
1. İsa: Künyəsi Əbdül Haris, Mədinədə isə Hiza ləqəbi ilə tanınan
İsa ibni Vərdan.
İbni Cəzri deyir: «İsa qiraət və hədis elmlərinə mükəmməl
yiyələnmiş, nəql etdiyi hədislər isə hamı tərəfindən rəğbətlə
qarşılanmış mötəbər bir şəxsiyyət idi. Güclü hafizəyə malik olmuş
və Quran elmlərində bir çox təhqiqat işləri aparmışdır. Qiraəti ilk
dəfə Əbu Cəfər Şeybdən və sonralar Nafedən öyrənmişdir.»
Dani deyir: «İsa, Nafenin ilk şagirdlərindən biri olmuşdur. Bəzən
hədislərin nəql olunmasında və mənbələrin araşdırılmasında
Nafeyə dəyərli məsləhətlər verərdi. Mənə belə gəlir ki, İsa Hicrətin
160-cı ilində vəfat etmişdir.»
2. İbni Cəmmaz: Adı Süleyman, atasının adı Müslim ibni
Cəmmaz, künyəsi isə Əbdürrəb olmuşdur. Bəni-zəhra qəbiləsi
tərəfindən köləlikdən azad edilmiş və Mədinədə məskunlaşmışdır.
İbni Cəzri deyir: «O, güclü hafizəyə malik idi. Qiraət elmini
tədris etməklə yanaşı, hərbi işlərlə də məşğul olurdu. «Əl-Kamil» və
«Əl-Mustənir» kitablarının yazdıqlarına görə, İbni Cəmmad qiraəti
ilk dəfə Əbu Cəfər Şeybədən və sonralar Nafedən öyrənmişdir.
Deyilənlərə görə İbni Cəmmaz Hicrətin 170-ci ilində vəfat
etmişdir.»
Yuxarıda adları çəkilən şəxslər Quran elmlərinə mükəmməl
yiyələnmiş on məşhur qari hesab olunurlar. Onların kimliyi və nəql
etdikləri rəvayətlərin mötəbər olub-olmaması haqda rical alimləri
arasında fikir aydınlığı olsa da, biz kimsəyə irad tutmaq fikrində
deyilik.
|