QİRAƏTLƏRİN MÜTƏVATİRLİYİ HAQDA İRƏLİ
SÜRÜLMÜŞ NƏZƏRİYYƏNİN ARAŞDIRILMASI
Qiraətlərin mütəvatir olduğunu iddia edən şəxslər irəli
sürdükləri nəzəriyyəni sübuta yetirmək üçün bir neçə dəlilə istinad
edib deyirlər:
1. Qiraətlərin mütəvatir olması icmai şəkildə qəbul olunan və
bütün dövrlərdə alimlər tərəfindən hamılıqla qəbul edilən bir
məsələdir.
Müəllif:
Bir qədər əvvəl bu nəzəriyyənin tamamilə əsassız
olduğu oxuculara bəlli oldu. O ki qaldı onun icmai bir məsələ
olmasına, bunu yalnız o zaman qəbul etmək olar ki, müxalif mövqe
tutmuş şəxslər bu barədə öz ziddiyyətli nəzəriyyələrini irəli
150
sürməmiş
olsunlar.
Bir
haldakı
yeddi
qari
üsulunun
mütəvatirliyinin sübuta yetirilməsində biz bunun tam əksini
müşahidə edirik. Çünki, hər bir qiraət üsulunun davamçıları digər
qiraətləri tənqid atəşinə tutmuşlar.
2. Hicrətin birinci və ikinci yüzilliklərində Peyğəmbərin
səhabələri və sonralar ona iman gətirmiş müsəlmanların Qurana
hər şeydən daha çox əhəmiyyət vermələri, bütün qiraətlərin
mütəvatir olmasına səbəb olmalı idi.
Bu mətləbi hər bir ədalətli və həqiqətsevər insan dərk edir.
Müəllif:
Müsəlmanların Qurana əhəmiyyət vermələri onun
qiraətinin deyil, özünün mütəvatir olduğunu sübuta yetir. Bunu da
qeyd edək ki, Quran qiraətinin düzgünlüyü bəzi qarilər üçün, hətta
əgər bir nəfər tərəfindən olsa da, ictihad və dinləmək yolu ilə sabit
olur.
Əgər bu doğrudan da həqiqətdirsə, onda bu məsələ yeddi və ya
on mötəbər qiraət üsullarında deyil, Quranın bütün qiraət
üsullarında müşahidə olunmalıydı. O ki qaldı istifadə olunan bəzi
terminlərə, biz bunun üçüncü yüzillikdən sonra meydana
gəldiyinin şahidi oluruq.
Qiraətlər isə qarilər tərəfindən yeddi və ya on mötəbər üsullara
bölünərək, ayrı-ayrılıqda məktəblərin yaranmasına səbəb oldu. Bu
məntiqə əsaslanaraq, bütün qiraət üsullarının hamısını birlikdə
mütəvatir və ya qeyri-mütəvatir hesab etməliyik. Birinci nəzəriyyə,
yəni bütün qiraətlərin mütəvatir olması batil və əsassızdır. Belə
olduqda ikinci nəzəriyyəni, yəni qiraətlərin heç birinin mütəvatir
olmadığını qəbul etməliyik.
3. Yeddi qiraət üsullarının mütəvatir olmaması, Quranın
mütəvatir olmaması deməkdir. Və Quranın mütəvatir olmaması
nəzəriyyəsi batil olduğu üçün, yeddi qiraət üsullarının da mütəvatir
olmaması batil və əsassızdır. Hamıya məlumdur ki, Quranın orjinal
mətni bizlərə məhz qari və hafizlərin vasitəsilə gəlib çatmışdır. Əgər
onların qiraəti mütəvatirdirsə, demək Quran da mütəvatirdir və
əgər qiraətlərdə nöqsana yol verilibsə, onda Quranın orjinal
mətninə də şəkk-şübhə ilə yanaşılacaqdır.
|