1.Biznesin iqtisadi mahiyyəti və əsas konsepsiyaları
Plan:
1.
Biznes və cəmiyyət
2.
“Biznesin əsasları” fənninin predmeti və metodları
3.
Biznesin məzmunu və kateqorial anlayışlar
4.
Biznesin məqsədləri və funksiyaları
5.
Biznesin konsepsiyaları
1.
Biznes və cəmiyyət
Müasir dövrdə Azərbaycan iqtisadiyyatının bazar münasibətləri əsasında forma-
laşması və təşəkkülü biznesin inkişafı ilə sıx surətdə əlaqədardır. İqtisadiyyatda
qloballaşma prosesinin getdiyi müasir şəraitdə biznesin
səmərəli təşkili və idarə
edilməsi təkcə ölkə daxilində əmtəə-pul münasibətlərinin inkişafına deyil, həm də
xarici iqtisadi, ticarət və elmi-texniki əlaqələrinin inkişafı vasitəsilə dünya təsərrüfat
sisteminə qovuşmağı zəruri edir.
Aydındır ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin hamısı vaxtilə ağır tənəz-
zülə uğramış iqtisadiyyatlarını dirçəltmək və sağlamlaşdırmaq üçün dost və qonşu
dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq quraraq onların maliyyə və material resurs-
larından istifadə ediblər. Azərbaycan Respublikası da tarixi təcrübədə sınaqdan
çıxmış bu yolla gedir.
Dövlətimizin müasir vəziyyəti göstərir ki, qeyri – mükəmməl təşkil olunmuş biz-
neslə normal iqtisadiyyat, təminatlı sosial həyat, sağlam cəmiyyətin olması mümkün
deyildir. Müəssisələrin bazar münasibətlərinin subyekti kimi fəaliyyəti kəskin rəqa-
bət şəraitində keçir. Məhz rəqabətli bazar mühiti iqtisadi inkişaf
üçün daha əlverişli
şərait yaradır, ayrıca bir müəssisə, yaxud bütövlükdə cəmiyyət kimi sosial və iqtisadi
inkişafın aparıcı qüvvəsindən ibarətdir.
Biznesin həyata keçirilməsi zamanı bazar iqtisadiyyatı
şəraitindəki fəaliyyət
sahibkarlar qarşısında yüksək bacarıq tələbi qoyur. Şəxsi işi necə hazırlayıb-başla-
maq müəssisə və firmaların fəaliyyət mexanizmi necədir, innovasiya və informasiya
fəaliyyəti nədən ibarətdir, danışıqlar prosesini necə qurmaq lazımdır. Bu problemləri
2
bilmək, onların həll olunmasının rasional metodları, iqtisadçı-bakalavrlarla yanaşı
iqtisadi fəaliyyətə maraq göstərən bütün sahibkarlara da vacibdir.
Bu gün siz
bizə sual verə bilərsiniz ki, nə üçün tələbələr biznesin əsaslarını
öyrənməyə başlamalıdırlar? Bunun üçün ən azı 3 səbəb vardır.