59
Müaviyə bu sözlə bildirmək istəyirdi ki, siyasəti
dindən ayıracaq, dini qayda-qanunlarla
əlaqədar heç
bir
zəmanət
verməyəcək
və
varqüvvəsini
öz
hakimiyyətinin qorunmasına sərf edəcək. Əlbəttə,
məlum olduğu kimi, belə bir hökumət xilafət və
Peyğəmbər canişinliyi deyil, padşahlıq üslubu ilə idarə
olunan qanunsuz hökumət idi. Məhz buna görə də
onun hüzuruna gedən bəzi şəxslər ona padşahlara
məxsus olan tərzdə təzim edib salam verirdilər.
1
Onun
özü də xüsusi məclislərdə öz hökumətini padşahlıq
adlandırır,
2
camaat arasında isə özünü xəlifə kimi
tanıtdırırdı.
Qeyd etmək lazımdır ki, onun padşahlığı zorakılıq
əsasında qurulmuşdu
və varislik yolu ilə onun
övladına ötürülməli idi. Nəhayət o, öz niyyətini əməli
olaraq həyata keçirdi və azacıq da olsa dini şəxsiyyəti
olmayan tərbiyəsiz oğlu Yezidi özünə vəliəhd və
canişin təyin etdi.
3
O da öz növbəsində tarixdə qeyd
olunan çox böyük faciələr və rüsvayçı
cinayətlər
törətdi.
1
“Tarixi
Yəqubi”
, 2-
ci
cild
,
səh-
193
2
“Tarixi
Yəqubi”
, 2-
ci
cild
,
səh-
202
3 Yezid əyyaş, şəhvətpərəst və daim şərab içən bir adam idi.
İpək parçalardan toxunmuş paltarlar geyinir, daim it və
meymunla oynayardı. Gecələr şərab və rəqs məclisləri təşkil
edirdi. Onun meymununun adı “Əbu Qeys” idi. Ona da gözəl
bir paltar geyindirərək şərab məclisinə gətirirdi. Bəzən də onu
atına mindirib müsabiqəyə göndərirdi. “Tarixi Yəqubi”, 2-ci
cild, səh-196.
60
Müaviyə yuxarıda qeyd
olunan sözləri söyləməklə
bildirmək istəyirdi ki, Həsən (ə)-ın ondan sonra xilafətə
çatacağına yol verməyəcəkdir. Yəni, onun özündən
sonra xilafət barədə başqa bir fikri vardır. Buna görə də
Həsən ibni Əlini zəhərləyib şəhid etdi
1
və oğlu Yezidin
xilafətə çatması üçün lazım olan şəraiti yaratdı.
Müaviyə imam Həsənlə bağladığı əhd-peymanı
pozmaqla bildirmək istəyirdi ki, Əhli-beyt şiələrinin
əmin-amanlıqda və asayişdə yaşayacağına, əvvəldə
olduğu kimi dini fəaliyyətlərini davam etdirəcəyinə heç
vaxt yol verməyəcəkdir. O bu işini də əməli olaraq
həyata keçirmişdi.
O, elan etmişdi ki, hər kəs Əhli-beytin fəziləti barədə
bir hədis nəql etsə onun canı, malı və namusunun
toxunulmazlığı heç bir vəchlə təmin olunmayacaq.
Göstəriş
vermişdi ki, hər kim sair səhabələrin və
xəlifələrin fəziləti barədə hədis gətirsə mükafatlanacaq.
Bu tədbirin həyata keçirilməsi nəticəsində səhabələrin
fəziləti barədə saysız-hesabsız hədislər quraş-dırıldı.
2
Müaviyənin göstərişi ilə bütün islam ölkələrində
mənbərlərdə Əli (ə)-ın adına nalayiq sözlər deyilirdi.
(Bu yaramaz əməl əməvi xəlifəsi Ömər ibni Əbdül
Əzizin xilafəti dövrünə qədər (99-101-ci illərə qədər)
icra olunurdu.) O, öz məmurlarının köməyi ilə (onların
bəziləri də Peyğəmbər (s) səhabələrindən idilər) Əli (ə)-
ın şiələrini öldürür, bəzilərinin başını
kəsib nizəyə
vuraraq şəhərbə-şəhər gəzdirirdi; şiələrin özlərini də
1
“Murucuz
-
zəhəb”
, 3-
cü
cild
,
səh-
5
2
“Ən-nəsayihul
-
kafiyə”
,
səh
72-73
61
Əli (ə)-a qarşı çıxmağa vadar edir, nalayiq sözlər
demək məcburiyyətində qoyur,
imtina edənlərin
boynunu vurdururdu.
1
Dostları ilə paylaş: