66
üməyyənin əli ilə zəhərləndirilərək şəhid edilmişdir.
1
İkinci və üçüncü imamın da dünyadan getməsinə onlar
səbəb olmuşlar.
Əməvi hakimləri faciə törətməkdə o qədər həddi
aşmışdılar ki, sünnülərin əksəriyyəti xəlifələrə itaət
etməyin ümumi halda vacib olmasını dediklərinə
baxmayaraq, xəlifələri iki dəstəyə bölməyə məcbur
olmuşlar: Birincisi raşidi xəlifələri, yəni Peyğəmbərin (s)
vəfatından sonra ardıcıl olaraq gələn dörd xəlifə (Əbu
Bəkr, Ömər, Osman, Əli), ikincisi isə qeyri-raşidi
xəlifələrdir ki, bu silsilə Müaviyədən başlanır.
Əməvilərin törətdikləri zülm və cinayətlər nəticəsində
camaatın onlara qarşı nifrəti özünün son həddinə
çatmışdı; axırıncı əməvi xəlifəsinin öldürülməsindən və
əməvilərin məğlu-biyyəti qətiləşdikdən sonra xəlifənin iki
oğlu öz ailə-uşaqları ilə birlikdə darul-xilafədən qaçdılar.
Hər yerə pənah apardılarsa da heç kəs onlara sığınacaq
vermədi; nəhayət onlar uzun müddət Nobə, Həbəşə və
Becavə çöllərində sərgərdan qaldılar; əksəriyyəti aclıq və
susuzluqdan tələf olduqdan sonra Yəmənin cənubuna
gəlib çıxdılar. Onlar bir müddət buralarda dilənçilik edib
pul topladıqdan sonra hambal sifətində Məkkəyə yola
düşüb camaat arasında gizləndilər.
2
Dostları ilə paylaş: