71
həmçinin Trablos, Nablos, Təbəriyyə və Həratda da çoxlu
şiələr var idi. Əhvaz əyaləti və İranın Fars körfəzi
sahillərində də şiələr yaşayırdılar.
Həmin illərdə Nasir Ətruş İranın şimalında uzun illər
təbliğat apardıqdan sonra Təbəristanı ələ keçirdi və orada
öz hakimiyyətini elan etdi; bu hökumət bir neçə nəsil
davam gətirə bildi. Ətruşdan əvvəl də Həsən ibni Zeyd
Ələvi uzun illər Təbəristanda hakimiyyətdə olmuşdu.
Bu əsrdə İsmaili məzhəbindən olan fatimilər sülaləsi
Misri ələ keçirərək orada güclü bir hökumət təşkil etdilər
(296-527).
1
Bir çox hallarda Bağdad, Bəsrə, Nişapur kimi böyük
şəhərlərdə şiələrlə sünnülər arasında ciddi toqquşmalar
baş verirdi; bu qarşıdurmalarda şiələr bəzən qələbə
çalır, bəzən də məğlub olurdular.
Dostları ilə paylaş: