25
27.“Şiə dər islam”.
Ustad bunlardan əlavə bir çox risalə və məqalələr də
yazmışdır. “Məktəbi təşəyyö”, “Dərshayi
əz məktəbi
islam”, “Rəhnomai kitab” və s. jurnallarda çap edilmiş
müxtəlif həcimli yazıları buna misal göstərmək olar.
Ustadın ən mühüm əsəri
müasir dövrdə ən böyük və
nəfis təfsirlərdən sayılan iyirmi cilddə yazdığı “Əl-mizan”
kitabıdır. Bu əsər indiyə qədər dəfələrlə çap olunmuşdur.
Qədim dövrlərdə yazılan təfsirlərin əksəriyyəti müasir
tələblərə
cavab vermədiyindən, ustad belə bir əsər
yazaraq islam dünyasına
misilsiz xidmət göstərmiş, onu
hal-hazırkı və gələcək nəsillər üçün yadigar qoyub
getmişdir. Əllamə Təbatəbai
həmin təfsirdə aşkar
hədislərə əsaslanan yeni metoddan – bir ayənin sair ayələr
vasitəsilə təfsir olunmasından istifadə etmişdir.
Əziz oxucular, qarşınızda olan bu kitab ilk dəfə olaraq
gənc nəsl, eləcə də qərbdə yaşayan iranşünas,
şərqşünas
və islamşünaslar üçün yazılmışdır. Buna görə də Əllamə
Təbatəbainin haqqında bəzi məsələləri qeyd etməyi, əsrin
elm və hikmət korifeyini təqdim etməyi lazım bilirəm.
Əlbəttə, qələmimiz belə
bir vəsfolunmaz şəxsiyyətin
təqdim olunmasında yetərli deyildir və dillə onun
mənəvi-ruhani məqamını, fəzilət
və kamal dərəcələrini
izhar etmək olmaz. Bu səhifələr uzun illər tanınmaz bir
şəxsiyyət kimi islam cəmiyyətinə böyük xidmətlər
göstərən bir insan haqda dərya müqabilində bir damlaya
bənzəyir. Ustadın özü həqiqət məqamına çatdığından,
daim şölələnməkdə olan bir məşəl kimi öz ətrafında
olanların, şagirdlərinin və onun əsərlərini oxuyanların