İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə33/93
tarix25.11.2023
ölçüsü2,4 Mb.
#134715
1   ...   29   30   31   32   33   34   35   36   ...   93
İSLAMDA-ŞİƏLİK

ŞİƏLƏRİN
 
HƏDİSƏ
 
ƏMƏLETMƏ
 
ÜSLUBLARI
 
Heç bir vasitə olmadan, şəxsən Peyğəmbərin (s) 
mübarək dilindən, yaxud Əhli-beyt (ə) imamlarından 
eşidilən hədislər Qurani-Kərimin ayələri hökmündədir. 
Lakin şiələrin nəzərində müəyyən vasitələrlə gəlib çatan 
hədislərə əməl edilməsi aşağıdakı şəkildədir: 
Quranın aşkar buyuruqlarına əsasən, elm və yəqinlik 
lazım olduğu etiqadi məsələlərdə mütəvatir, yaxud səhih 
sənədlərlə isbat olunan hədislərə əməl olunur və bu iki 
qisimdən başqa, “vahid xəbər” adlanan hədisin etibarı 
yoxdur; lakin şəriət hökmlərinin istixrac və istinbatında 
gətirilən dəlillərə nəzər yetirməklə qəti və mütəvatir 
xəbərdən əlavə, adətən mötəbər sayılan vahid xəbərə də 
əməl olunur. 
Deməli, şiələrin nəzərində mütəvatir və qəti xəbər 
mütləq şəkildə höccət sayılır və ona əməl etmək vacibdir. 
1 Üsul elmində vahid xəbərin höccət olub olmaması. 


111 
Qəti olmayan xəbər isə (vahid xəbər) şərti etimad 
olunanlardan olsa, yalnız şəri hökmlərdə höccət sayılır. 
İSLAMDA
 
ÜMUMİ
 
TƏLİM-TƏRBİYƏ
 
Elm öyrənmək islamda dini vəzifələrdən biridir. 
Peyğəmbəri-Əkrəm (s) buyurur: 
“Elm əldə etmək hər bir 
müsəlman üçün vacibdir.”
1
Qəti sənədlərlə sübut olunan 
rəvayətlərə əsasən, elm dedikdə, islamın üçlük təşkil edən 
prinsipləri – tövhid, nübuvvət və məadla bilavasitə bağlı 
olan məsələlər nəzərdə tutulur. İslam qanunları və 
hökmlərinin geniş şəkildə öyrənilməsinə gəldikdə isə, hər 
bir şəxsə ehtiyac duyduğu məsələlri öyrənmək vacibdir. 
Məlum olduğu kimi, üsulidin barəsində lazım olan 
məlumatları əldə etmək icmali dəlil əsasında olsa belə
hamı üçün müyəssərdir. Lakin dini qanun və hökmlərin 
müfəssəl şəkildə öyrənilməsi, kitab və sünnətin əsil 
mənbələrindən yüksək şəkildə istifadə etmək hamı üçün 
müyəssər deyildir və bu işə yalnız bəzi şəxslərin istedad 
və imkanı çatar.
İslam dinində insanın bacarıq və imkanı çatmayan 
işlərə hökm verilməmişdir. Buna görə də dəlil əsasında 
dini qanun və hökmləri əldə etmək vacibi-kifayi olaraq, 
bu işə bacarıq və səlahiyyəti çatan şəxslərə vacibdir; yerdə 
qalan şəxslərin vəzifəsi isə “savadsız və ya məlumatsız 
şəxslərin alimə müraciət etməsinin vacibliyi” əsasındadır. 
Yəni, ümumi qayda bundan ibarətdir ki, dini elmlər üzrə 
mütəxəssis olmayanlar qeyd olunan şəxslərə (müctehid və 
1 “Biharul-ənvar”, 1-ci cild, səh-172 


112 
fəqihlərə) müraciət etməlidirlər. Əlbəttə, bu cür müraciət 
və təqlid Quranın aşkar şəkildə buyurduğu kimi
üsulidində təqlidin qadağan olunmasından tamamilə 
fərqlidir.
1
Qeyd etmək lazımdır ki, şiələr ibtidai müraciətlə 
dünyadan getmiş müctehidə təqlid etməyi caiz bilmirlər. 
Yəni, məsələni ictihad yolu ilə əldə edə bilməyən və dini 
vəzifəsində müctehidə təqlid etməli olan bir şəxs 
dünyadan getmiş bir müctehidin nəzərinə əməl edə 
bilməz. Amma diri müctehidin icazəsi ilə dünyadan 
getmiş bir müctehidin fətvalarına əməl etmək olar. 
Bu məsələ şiə fiqhinin həmişə inkişafda olmasının, 
onun canlı və təravətli qalmasının ən mühüm 
amillərindən biridir; belə ki, müəyyən şəxslər daim 
ictihad dərəcəsinə çatmaq üçün çalışmış və fiqhi 
məsələləri dəqiq şəkildə araşdırmışlar. Lakin əhli-sünnət 
alimləri hicri tarixi ilə beşinci əsrdə yaşamış dörd 
fəqihdən - Əbu Hənifə, Malik, Şafei və Əhməd ibni 
Hənbəl kimi fəqihlərdən birinin məzhəbinə tabe olmağın 
vacibliyi barədə fikir birliyinə gəldikləri üçün azad 
ictihadı, həmçinin bu dörd fəqihdən başqasına təqlid 
etməyi caiz bilməmişlər. Ona görə də bu məzhəbdə 
nəzərə çarpacaq dərəcədə inkişaf olmamışdır və onların 
fiqhləri təqribən 1200 il bundan qabaqkı səviyyədə 
qalmışlar. Son zamanlar onlardan da bəzilərinin qeyd 
olunan icmadan imtina edərək azad ictihada başladığı 
söylənilir. 
1 “İsra” surəsi, ayə-36: Bu məsələ ilə əlaqədar üsul elminin 
ictihad və təqlid bəhslərinə müraciət edə bilərsiniz. 


113 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin