İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ


ŞİƏLƏRİN FƏLSƏFƏ VƏ SAİR ƏQLİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə37/93
tarix25.11.2023
ölçüsü2,4 Mb.
#134715
1   ...   33   34   35   36   37   38   39   40   ...   93
İSLAMDA-ŞİƏLİK

ŞİƏLƏRİN FƏLSƏFƏ VƏ SAİR ƏQLİ 
ELMLƏRDƏ ARDICIL SƏYLƏRİ
 
Şiələr ilk əvvəldə fəlsəfi təfəkkürün yaranmasında 
təsirli bir amil olduqları kimi, bu təfəkkür tərzinin inkişaf 
etməsi və əqli elmlərin yayılmasında da əsas etibarı ilə 
onlar səy göstərirdilər. İbni Rüşdün dünyadan getməsi ilə 
fəlsəfə elmi əksəriyyət təşkil edən sünnülərin arasında 
yığışdırıldı; amma bu elm heç vaxt şiələrin arasından 
götürülmədi. Ondan sonra da Xacə Nəsirəddin Tusi, 
Mirdamad və Sədrul-Mütəəllihin kimi məşhur filosoflar 
yetişdi, dünya səviyyəli şiə filosofları biri digərindən 
sonra fəlsəfənin inkişaf edib yayılmasında misilsiz 
xidmətlər göstərdilər. 
Digər əqli elmlərdə də Xacə Tusi, Bircəndi və sair 
böyük şəxsiyyətlər yarandı. Bu elmlərin hamısı, xüsusilə 
ilahiyyat fəlsəfəsi şiələrin yorulmaz səyləri nəticəsində 
çox sürətlə yayılıb inkişaf etdi. Nəsirəddin Tusinin, 
Şəmsəddin 
Türkənin, 
Mirdamadın 
və 
Sədrül-
Mütəəllihinin əsərlərini keçmiş alimlərin kitabları ilə 
müqayisə etdikdə qeyd olunan məsələ aydın olur. 
NƏ ÜÇÜN FƏLSƏFƏ ŞİƏLƏRİN 
ARASINDA QALDI?
 
Şiə rəhbərlərindən yadigar qalan fəlsəfi təfəkkür və əqli 
elmlərin şiələrin arasında yaranmasının və eləcə də 
onların vasitəsilə başqalarının arasında elmi xəzinə 
olmasında təsirli səbəb olduğu kimi bu təfəkkürün şiələr 


120 
arasında qalmasının ən təsirli amili də həmişə bu məktəb 
ardıcılları tərəfindən müqəddəs sanılaraq ehtirama layiq 
görülən elmi ehtiyatlardır. Bu mətləbə aydınlıq gətirmək 
üçün Əhli-beyt (ə)-ın elm xəzinələrini tarix boyu yazılmış 
fəlsəfi kitablarla müqayisə etməyimiz kifayətdir. Çünki bu 
halda həmin elmi ehtiyatlarla fəlsəfə arasında günbəgün 
yaxınlaşma və uyğunlaşmanın baş verdiyini əyani şəkildə 
müşahidə edəcəyik. Belə ki, hicri tarixi ilə on birinci əsrdə 
bu proses təqribən başa çatdı, onların arasında söz və 
ifadə ixtilaflarından başqa bir fərq qalmadı. 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin