İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə42/93
tarix25.11.2023
ölçüsü2,4 Mb.
#134715
1   ...   38   39   40   41   42   43   44   45   ...   93
İSLAMDA-ŞİƏLİK

KİTAB
 

 
SÜNNƏNİN
 
NƏFS
 
HAQDA 
MƏRİFƏT
 
ƏLDƏ
 
ETMƏYƏ
 
DAİR
 
GÖSTƏRİŞİ
 
Allah-taala Öz kəlamının bir neçə yerində insanları 
Quran barəsində dərindən təfəkkür etməyə, sadə, səthi 
idrakla qənaətlənməməyə əmr edir. Bir çox ayələrdə 
yaradılış dünyası və onda olan varlıqlar (istisnasız olaraq) 
Allahın ayə, əlamət və nişanələri kimi təqdim olunur. 
Ayə 
və 
nişanə 
sözlərinin 
mənasında 
azacıq 
düşünməklə aydın olur ki, onlar özlərini deyil, məhz 
başqasını göstərdikləri üçün belə adlandır-ılmışlar. 
Məsələn, yol kənarında “ehtiyatlı olmaq” əlamətini 
göstərən qırmızı işıq qoylur və insan onu görməklə 
qarşıda təhlükə olduğunu başa düşür; bu zaman o, hadisə 
və xətərdən başqa heç bir şey düşünmür, həmin işığın 
özü haqda dərindən fikirləşmir. Əgər sürücü qırmızı 
işığın quruluşu və forması, şüşənin mahiyyəti və rəngi 
barədə fikirləşsə, bu halda onun təfəkkür qüvvəsində 
təhlükənin məhfumu deyil, şüşənin, yaxud çırağın surəti 
və ya rəngi qalacaqdır. 
Dünya və onda mövcud olan varlıqlar da hamılıqla və 
hər bir cəhətdən Allahın əlamət və nişanələridirsə, deməli 
onların özlərinin heç bir müstəqillikləri yoxdur; hər 
tərəfdən görünsələr belə, yalnız pak olan Allahın 
göstəricisi olacaqdır. Quranın belə bir təlim və hidayətinə 
əsasən, dünya və onun simasına məhz bu nəzərlə baxan 
hər bir şəxs Allahdan başqa heç bir şey dərk 
etməyəcəkdir. O, başqalarının dünyanın ürəkoxşayan 
gözəlliklərindən dərk etdikləri şeyi bu dünyanın dar 


130 
pəncərəsindən təcəlli edən sonsuz gözəlliklərə açılan bir 
qapı olduğunu görəcək; məhz belə olan surətdə öz 
varlığını 
əldən 
verərək 
ilahi 
məhəbbətə 
ürək 
bağlayacaqdır. 
Məlum olduğu kimi bu cür idrak göz, qulaq və sair 
duyğu üzvləri, yaxud xəyal və əql qüvvəsi ilə həyata 
keçmir. Çünki bu vasitələrin həm özləri, həm də işləri 
ilahi ayə və nişanələrdir; Allahın varlığına dəlalət etmək, 
Ona doğru yol göstərmək məqamında bunların özləri 
unudulur.
1
Allahı yad etməkdən, Ondan başqa hər bir varlığı 
unutmaqdan başqa bir iradə və əzmi olmayan bu şəxs 
Allahın buyurduğu: 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin