131
“Sizlərdən o kəs Allahı daha yaxşı tanıyır ki, özünü
(nəfsini) daha yaxşı tanımış olsun.”
Bu yolun proqramları və seyri-süluku barəsində insanı
Allahı yad etməyə əmr edən çoxlu Quran ayələri vardır.
Belə ki, buyurulur:
“Məni yad edin ki, Mən də sizi yad
edim.”
1
Bu barədə sair ayələri də misal göstərmək olar.
“Allahı yad etmək” dedikdə
məqsəd Quran və sünnədə
ətraflı şəkildə bəyan olunan saleh əməllərdir və bunun
axırında da buyurulur:
“Öz Peyğəmbərinizə itaət edin.”
2
İslam
dininin
bu
yolu
ilahi
yol
kimi
müəyyənləşdirməsi, amma
bəndələrə o yolla getməyə
tövsiyə etməməsi, yaxud onu tanıtdırıb,
lakin onun
proqramlarını bəyan etməkdə qafil qalması, yaxud da bu
barədə etinasızlıq göstərməsi necə mümkün və ya
təsəvvür
oluna bilər; halbuki, Allah-taala Öz kəlamında
buyurur:
“Biz Quranı sənə nazil etdik ki, hər bir şeyi bəyan edən
və müsəlmanlar üçün hidayət, rəhmət və müjdə qaynağı
olsun.”
3
1 “Bəqərə” surəsi, ayə-152
2 “Əhzab” surəsi, ayə-21
3 “Nəhl” surəsi, ayə-89