İNSAN
VƏ
DÜNYANIN
RABİTƏSİ
YOLU
İLƏ
BAŞQA
BİR
NƏZƏR
Keçən fəsildə Allahın varlığının isbat edilməsi üçün
gətirilən yol çox sadə və aydın bir yoldur ki, insan öz
fitrəti ilə onu qət edir və burada heç bir müəmma,
anlaşılmazlıq yoxdur. Lakin insanların əksəriyyəti daim
maddi işlərlə məşğul olduğundan, maddi və hissi
ləzzətlərdə qərq olduğundan, adətən Allahın onlara
verdiyi sadə və pak fitrətə müraciət edə bilmirlər.
Buna görə də öz pak ayinini bütün dünyaya təqdim
edən, dini məqsədlər müqabilində hamını bərabər hesab
edən islam dini Allahın varlığını bu kimi insanlar üçün
başqa yolla isbat edir; sadə fitrəti camaatın diqqətindən
uzaq saxladığı həmin yolla danışaraq Allahı tanıtdırır.
Qurani-Kərim Allahı tanımağı müxtəlif yollarla ümum
camaata öyrədir, hər şeydən artıq onların nəzər diqqətini
yaradılış
aləminə,
onda
hakim
olan
dəqiq
qanunauyğunluqlara yönəldir, asimanlarda və insanın öz
nəfsində dərindən düşünməyə dəvət edir. Çünki insan öz
1 Quranda bu bürhana işarə olunaraq buyurulur:
“Asimanları və yeri vücuda gətirən olduğu halda Allahın
varlığında şəkk etmək olarmı?! Halbuki, o Allah yoxluğu
yaradaraq asimanları və yeri möhkəm etmişdir.” “İbrahim”
surəsi, ayə-10
136
qısa həyatında hər bir yolu seçsə və dünyəvi maddi
ləzzətlərə nə qədər qərq olsa belə, yaradılış aləmi və ona
hakim olan qanunlardan kənarda qalmayacaq, onun şüur
və idrakı asimanın və yerin heyrətamiz səhnələrinə
tamaşa etməkdən doymayacaqdır.
Gözümüz önündə olan ucsuz-bucaqsız yaradılış
aləminin
1
hər bir hissəsi ayrı-ayrılıqda, eləcə də məcmu
halında daim dəyişilir, hər an özünə yeni-yeni şəkil və
cilvələr alır.
Heç bir istisna qəbul etməyən qanunların təsiri altında
gerçəklik libası geyən varlıqların hamısının – ən uzaq
qalaktikalardan tutmuş, dünyanın elementar hissələrini
təşkil edən ən kiçik zərrəciklərə qədər hər bir varlığın
özünəməxsus və heyrətamiz qanunauyğunluqları vardır;
onlar öz qanunauyğunluqları əsasında cərəyan edir, öz
əməli şüalarını ən ibtidai vəziyyətdən başlayaraq ən
kamil nöqtəyə doğru sövq etdirir və nəticədə kamal
dərəcəsinə çatırlar.
Xüsusi nizamlardan yüksəkdə dayanan daha ümumi
nizamlar
və
nəhayət
dünyanın
heç
bir
qanunauyğunluqlarına sığmayan varlıqların ümumi
sistemlərini bir-biri ilə əlaqələndirən nizamlar vardır ki,
cüzi sistemləri bir-birinə qovuşdurur və özünün davamlı
cərəyanında heç vaxt istisnaya yol vermir; bu qanunlar
heç bir vaxt pozulmur.
Yaradılış dünyası hər hansı bir varlığa yer üzündə yer
verirsə onun vücud və quruluşunu elə xüsusiyyətlərə
malik edir ki, onun öz yaşayış mühiti və həyat tərzi ilə
1 “Casiyə” surəsi, ayə-3-6
137
uyğun olsun; yaşadığı mühiti də elə tənzim edir ki,
nəvazişli və mehriban bir dayə kimi onu böyüdüb tərbiyə
etsin. Günəş, ay, ulduzlar, su, torpaq, gecə, gündüz,
fəsillər, buludlar, küləklər, yağışlar, yeraltı xəzinələr və
yerüstü ehtiyatlar hamılıqla öz sərmayə və qüvvələrini
insanın asayişi və xatircəmliyi üçün sərf edir. Biz belə bir
qanunauyğunluğu və əlaqəni bütün varlıqların arasında,
onun uzaq-yaxın qonşuları və onun “yaşadığı evdə” belə
görürük.
Bu cür sıx bağlılıq və qırılmaz qanunauyğunluq dünya
varlıqlarının
hər
birinin
daxili
aləminin
təchiz
olunmasında da mövcuddur. Yaradılış insan üçün çörək
verirsə, onun əldə edilməsi üçün ayaq, onu götürmək
üçün əl, onu yemək üçün ağız, çeynəmək üçün diş də
vermişdir; zəncir halqaları kimi bir-birinə birləşən bir sıra
vasitələr bu varlığı onun əbədi kamal hədəfi ilə
əlaqələndirir.
Dünya alimləri etiraf edirlər ki, neçə min illik elmi
fəaliyyət və səylər nəticəsində əldə olunan saysız-
hesabsız rabitələr sonsuzluq təşkil edən yaradılış
sirlərindən yalnız cüzi miqdarıdır və bu məlum
məlumatların hər biri bəşəriyyətə sonsuz məchullardan
bir növ xəbər verir.
Belə isə, tək-tək üzvləri bir-birindən ayrı olmaqla eyni
zamanda həm də vəhdət şəklində olan, öz heyrətamiz
bağlılıq və müttəfiqliyi ilə sonsuz elm və qüdrət
mənbəyindən xəbər verən bu aləmin heç bir yaradan
olmadan təsadüfi olaraq meydana gəldiyini iddia etmək
olarmı?!
Görəsən
möhkəm
və
saysız-hesabsız
əlaqələr,
138
qanunlar yaratmaqla dünyanı böyük bir vahid şəklində
qərar verən, istisnaya yol verilməyən və dəqiq qanunları
ilə cərəyanda olan kainatın ümumi nizamlarının, eləcə də
cüzi və külli nizamlarının heç bir məqsəd və tədbir
olmadan, sadəcə təsadüf üzündən yarandığını iddia
etmək olarmı? Yaxud demək olarmı ki, bu varlıqlardan
hər biri, dünyanın böyüklü-kiçikli bütün mühitləri
yaranmamışdan qabaq özləri üçün bir nizam və sistem
qurmuş, müəyyən yollar seçmiş və yarandıqdan sonra da
onları icra etməyə başlamışlar?!
Yaxud bu dünya malik olduğu kamil vəhdətdə, bir
vahiddən başqa bir şey olmadığı halda, müxtəlif səbəblər
tərəfindən yaranıb müxtəlif qayda-qanunlarla hərəkət
edirmi?!
Əlbəttə, hər bir hadisə və varlıq üçün müəyyən bir
səbəbin olduğunu qəbul edən, bəzən naməlum bir səbəbi
tapmaq üçün uzun müddətlər tədqiqat aparan, elmi
nailiyyətlər ardınca gəzən bir şəxs, dəqiq nəzm və qayda
ilə bir-birinin üzərinə düzülmüş bir neçə kərpici
müşahidə etməklə onun elmli və qüdrətli bir şəxs
tərəfindən icad edildiyini deyir, onların təsadüf üzündən
belə bir tərtiblə hörülməsini inkar edir. O, bu işdə
müəyyən tədbir və hədəfin olmasına qətiyyətlə hökm
edir. Belə bir şəxs heç vaxt dünyanın səbəbsiz olaraq
yarandığını, ona hakim olan qayda-qanunların təsadüf
üzündən olduğunu fərz edə bilməz.
Deməli, dünya ona hakim olan dəqiq qayda-qanunlar
və nəzm əsasında, böyük bir Xaliq tərəfindən
yaradılmışdır; O, Özünün sonsuz elm və qüdrəti ilə bu
aləmi yaratmış və müəyyən bir hədəfə doğru hərəkət
139
etdirmişdir; dünyada cüzi hadisələri yaradan cüzi
səbəblərin hamısının mənşəyi Odur və hər bir cəhətdən
Onun tədbiri və təqdiri altındadır; hər bir şey öz
varlığında Ona möhtacdır, Onun isə heç bir şeyə ehtiyacı
yoxdur. O, heç bir səbəb və şərtdən qaynaqlanmır.
Dostları ilə paylaş: |