İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə47/93
tarix25.11.2023
ölçüsü2,4 Mb.
#134715
1   ...   43   44   45   46   47   48   49   50   ...   93
İSLAMDA-ŞİƏLİK

ALLAHIN
 
VAHİD
 
OLMASI
 
Dünyada olan gerçəkliklərdən hər birini fərz etsək, o, 
məhdud bir reallıqdır. Yəni bir fərz və təqdir əsasında 
(səbəb və şərtin varlığının fərz olunması ilə) “varlığa” 
malikdir və digər bir fərz və təqdirə əsasən (şərt və 
səbəbin olmadığını fərz etdikdə) yox olur. Həqiqətdə 
onun vücudunun müəyyən sərhəddi vardır ki, o 
sərhədlərdən kənarda mövcud olmur. Heç bir hədd-
hüdudun və sonluğun təsəvvür olunmadığı yeganə 
varlıq yalnız Allahdır. Çünki Onun gerçəkliyi mütləqdir, 
hər bir təqdirdə mövcuddur və heç bir səbəb və şərtlə 
rabitəli və onlara ehtiyaclı deyildir. 
Aydındır ki, qeyri-məhdud və sonsuz varlıq barəsində 
hər hansı ədəd fərz oluna bilməz. Çünki fərz olunan hər 
bir “ikinci” əvvəlkindən tam başqa (qeyri) olacaqdır və 
nəticədə hər ikisi məhdud olacaq, biri digərinin 
gerçəkliyinə məhdudiyyət yaradacaq. Misal üçün, hər 
hansı bir həcmi qeyri-məhdud, sonsuz fərz etsək onun 
müqabilində ikinci bir həcm təsəvvür və fərz etmək 
olmaz. Əgər fərz etsək belə, ikincisi eynilə birincisi 
olacaqdır. Deməli, Allah yeganədir və heç bir şəriki 


140 
yoxdur.
1
1 “Cəməl” müharibəsində bir kişi Əli (ə)-a yaxınlaşıb dedi: 
“Ya Əmirəl-möminin, sən deyirsən Allah birdir?” Camaat hər 
tərəfdən onun üzərinə qışqırıb dedilər: “Görmürsən ki, Əmirəl-
mömininin başı nə qədər qarışıqdır?” 
Əmirəl-möminin Əli (ə) buyurdu: “Onunla işiniz olmasın; 
çünki bu ərəbin istədiyi şey elə bizim bu camaatdan 
istədiyimizdir.” Sonra ərəbə dedi: “Allah birdir” dedikdə dörd 
növ “bir olmaq” təsəvvür oluna bilər ki, onun iki mənası 
düzgün deyil, iki mənası isə düzgündür: Düzgün olmayan 
mənalardan biri budur ki, bir kəs “Allah birdir” deyərək ədəd 
nəzərdə tutsun. Bu düzgün deyildir. Çünki “ikincisi olmayan” 
heç vaxt ədədin içinə daxil olmayır. Görmürsənmi ki, “Allah 
üçün üçüncüsüdür” deyənlər (məsihilərin üçlük əqidəsinə 
işarədir) kafir olmuşlar? Digəri də budur ki, bir kəs misal üçün, 
“filankəs camaatdan biridir” desin. Yəni bu cinsdən olan bir 
növdür (yaxud bu növdən olan bir vahiddir). Bu məna da 
Allahın barəsində düzgün deyildir. Çünki bu təşbihdir, Allah 
isə təşbihdən çox-çox uzaqdır. 
Amma Allah barəsində düzgün olan mənalara gəldikdə isə, 
biri budur ki, bir şəxs “Allah birdir” desin, məqsədi də əşyalar 
arasında Onun oxşarı olmadığını çatdırmaq olsun. Allah 
belədir. Digəri isə belədir: “Allah birdir” (Əhəd – yəni Onda nə 
xaricdə, nə əql və nə də fəhm qüvvəsində heç növ çoxluğa və 
bölgüyə yer yoxdur). Allah məhz belədir. “Biharul-ənvar”, 3-cü 
cild, səh-207 
Əli (ə) yenə buyurur: “Allahı tanımaq – Onu yeganə 
bilməkdir.” (Biharul-ənvar, 2-ci cild, səh-186). Yəni varlığı qeyri-
məhdud, sonsuz olan Allahın varlığının isbat olunması üçün 
Onun vəhdaniyyətinin isbat olunması kifayətdir. Çünki qeyri-
məhdud və sonsuz varlıq üçün heç vaxt “ikinci” təsəvvür oluna 
bilməz. 


141 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin