İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ


Başqa bir yerdə buyurur:  “(Allah) bir işi hökm edəndə ona “ol!” deyər, o da



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə53/93
tarix25.11.2023
ölçüsü2,4 Mb.
#134715
1   ...   49   50   51   52   53   54   55   56   ...   93
İSLAMDA-ŞİƏLİK

 
Başqa bir yerdə buyurur: 
“(Allah) bir işi hökm edəndə ona “ol!” deyər, o da 
dərhal vücuda gələr.”
2
“Allah hökm edir, Onun hökmü üçün heç bir təqib 
edən yoxdur.”
3
2. İllətin (səbəbin) hissələrindən hər biri məlula 
(nəticə) münasib əndazə və meyar verir, məlulun 
yaranması da tam illətin onun üçün müəyyən etdiyi 
əndazələrin məcmusuna müvafiq şəkildə olur. Məsələn, 
insan üçün tələffüzü vücuda gətirən illətlər təkcə mütləq 
tənəffüsü icad etmir, əksinə ağızda və burundakı 
müəyyən qədər havanı müəyyən zaman, məkan və 
şəkildə müəyyən əndazədə tənəffüs yolu ilə ciyərlərə 
göndərir. Görməyi insan üçün vücuda gətirən illətlər 
(insan da onların bir hissəsidir) qeyd və şərt olmayan 
gözləri vücuda gətirmir; əksinə o, gözləri icad edir ki, 
onun vasitələri hər bir cəhətdən onun üçün təyin 
1 “Əraf” surəsi, ayə-54 
2 “Bəqərə” surəsi, ayə-117 
3 “Rəd” surəsi, ayə-41 


149 
olunubdur. Bu həqiqət bütün dünya varlıqlarında, eləcə 
də onda baş verən hadisələrdə heç bir istisna olmadan 
cərəyan edir və qüvvədədir. 
Qurani-Kərim öz təlimlərində bu həqiqəti “qədər” 
adlandırır, onu bütün varlıqların mənşəyi olan Allaha 
nisbət verib buyurur: 
“Həqiqətən Biz hər bir şeyi qədər ilə xəlq etdik.”
1
 
Başqa bir ayədə buyurulur: 
“Elə bir şey yoxdur ki, onun xəzinələri Bizim 
yanımızda olmasın; Biz də onu yalnız məlum qədərdə 
nazil edirik.”
2
 
İlahi qəza səbəbi ilə yaradılış aləmində yer tutan, 
qərarlaşan hər bir varlıq və hadisənin vücudu zəruri və 
qaçılmazdır. Həmçinin qədər səbəbi ilə vücuda gələn hər 
bir varlıq və hadisə Allah tərəfindən onun üçün müəyyən 
olunmuş əndazədən azacıq da olsa, kənara çıxmır. 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin