İNSAN
VƏ
İXTİYAR
İnsanın gördüyü hər bir iş yaradılış aləminin
varlıqlarından biridir və onun vücuda gəlməsi sair dünya
varlıqları kimi tam mənada illət və səbəbə bağlıdır.
İnsanın yaradılış aləminin bir hissəsi olduğunu, dünyanın
sair varlıqları ilə əlaqədə olduğunu nəzərə almaqla, başqa
varlıqları onun fellərində təsirsiz hesab etmək olmaz.
1 “Qəmər” surəsi, ayə-49.
2 “Hicr” surəsi, ayə-21 İmam Sadiq (ə) buyurur: “Allah-taala
bir şeyi iradə etdikdə onu müqəddər edir, müqəddər etdikdə
qəza edir, qəza etdikdə imza (icra) edir.” “Biharul-ənvar”,
(Kompani çapı) 3-cü cild, səh-34
150
Məsələn, insanın yediyi bir tikə çörəyi götürək. Bu felin
yerinə yetirilməsində əl, ayaq, ağız, elm, qüdrət, iradə
lazım olduğu kimi, çörəyin xaricdə varlığı, əl çatan yerdə
olması, heç bir maneənin olmaması və s. zaman və məkan
şərtləri də bu felin yerinə yetirilməsində lazımdır. Belə ki,
onlardan hər hansı birinin olmaması ilə fel gerçəkləşə
bilmir. Onların hamısının da gerçəkləşməsi ilə (tam illətin
gerçəkləşməsi ilə) felin baş verməsi zəruri olur.
Deməli, bir felin, tam illətin hissələrinin məcmusuna
nisbətən zəruri olmasının tam illətin hissələrindən biri
olan insan felinin nisbətinin imkan nisbətində olması ilə
heç bir ziddiyyəti yoxdur.
İnsanda imkan, yəni felin ixtiyarı vardır və felin illətin
hissələrinin məcmusuna nisbətən zəruri olması felin
insandan ibarət olan hissələrin bəzilərinə nisbətən zəruri
olmasına səbəb olmaz.
İnsanın sadə idrakı da bu nəzəriyyəni təkid edir.
Çünki gördüyümüz kimi, insanlar Allah verən fitrət
əsasında yemək, içmək, getmək, gəlmək kimi işlərlə
bədənin səhhəti, xəstəliyi, böyüklüyü, kiçikliyi və
uzunluğu arasında fərq qoyurlar. İnsanın iradə və istəyi
ilə birbaşa əlaqədə olan birinci qism onun şəxsən öz
ixtiyarında olub əmr, nəhy, tərif və məzəmmətə layiq
görülə bilər. Amma ikinci qismdə insanın heç bir vəzifəsi
yoxdur.
İslamın əvvəllərində sünnülər arasında insanın felləri
barədə iki məşhur məzhəb yaranmışdır. Onlardan bir
qrupu insanın gördüyü işləri heç bir qanundan çıxma halı
– təxəllüf olunmayacaq dərəcədə Allaha aid edir, insanı
isə öz işlərində məcbur hesab edir və bu barədə insanın
151
ixtiyar və iradəsinə heç bir dəyər vermirdilər. Bir qrup isə
insanı öz işlərində tam müstəqil hesab edərək deyirdilər
ki, onun işləri ilə Allahın iradəsi arasında heç bir əlaqə
yoxdur. Onlar bu işləri qədər hökmündən xaric hesab
edirdilər.
Lakin Quranın zahiri təlimləri ilə müvafiq olan Əhli-
beyt (ə) təlimlərinə əsasən insan öz əməllərində ixtiyar
sahibidir, amma müstəqil deyildir. Allah-taala onlara
ixtiyar və iradə əsasında iş görmək imkanları vermişdir.
Əvvəldə gətirilən təbirlə desək, Allah-taala insana ixtiyar
və iradə verməklə, ona tam illətlərin məcmusu yolu ilə bir
işi istəyərək həyata keçirmək zərurəti vermişdir. Bu cür
ilahi istəyin nəticəsi də zəruri feldir. İnsan da onu
görməkdə ixtiyar sahibidir. Öz illətinin hissələrinin
məcmusuna nisbətən zəruri, insan olan hissələrə nisbətdə
isə ixtiyari və mümkündür.
İmam Sadiq (ə) buyurur: “Nə cəbr (mütləq
məcburiyyət) və nə də təfviz (mütləq azadlıq); bunların
arasında olan (orta bir mövqe) bir işdir.”
1
1 “Biharul-ənvar”, 3-cü cild, səh-5. İmam Baqir, imam Sadiq
və imam Riza (əleyhimussalam) buyurmuşlar: “Allah Öz
yaratdıqlarına o qədər mehribandır ki, onları heç vaxt günaha
icbar edərək sonra da onlara əzab verməz. Allah o qədər əzizdir
(izzətlidir) ki, bir işi istəsə hökmən vücuda gələr (bir işi istədiyi
halda o işin vücuda gəlməməsi mümkün deyil.)” “Biharul-
ənvar”, 3-cü cild, səh-6
İmam Sadiq (ə) buyurur: “Allah o qədər kəramətlidir ki,
insanları qüdrətləri olmayan, gücləri çatmayan işlərə vəzifəli
etməz. O izzət sahibidir və Onun mülkündə Onun istəmədiyi
152
Bu hədislərdə cəbr və təfviz məsələlərinə işarə
olunmuşdur.
bir şey heç vaxt vücuda gəlməz.” “Biharul-ənvar”, 3-cü cild,
səh-15.
|