154
məsələn, qoyun bir gözlü doğsa, yaxud sünbülü olmayan
bir buğda şaxəsi əmələ gəlsə, onların hökmən müəyyən
səbəblər nəticəsində anormal olmasına hökm olunur.
Əşyaların yaranışında və keçdiyi inkişaf proseslərində
ardıcıl nəzm və tərtibə, yaradılış növlərindən hər
birinin
özünəməməxsus təkamül və dəyişikliyə, xüsusi nizama
malik
olması
inkaredilməz
bir
məsələdir.
Bu
nəzəriyyədən nəticə olaraq iki məsələni qeyd etmək olar:
1. Yaradılış növlərindən hər hansı birinin yarandığı
dövrdən bu dövrü keçdiyi vaxta qədər olan mərhələlər
arasında bir növ qırılmaz rabitə bərqərardır. Məsələn,
qeyd olunan həmin növ özünün yaranış,
inkişaf və
dəyişiklik mərhələlərinin hər birində arxadan irəliyə
doğru dəf edilir, qarşı tərəfdən isə cəzb olunur.
2. Qeyd olunan qırılmaz rabitəyə nəzər salmaqla
məlum olur ki, hər bir növün yaranışının əvvəlindən
etibarən keçdiyi mərhələlərin axırıncısı
həmin növ
tərəfindən istənilən (mətlub) və təkvini diqqətə malik
olacaqdır. Belə ki, yerə əkilən qoz dənəsindən əvvəlcə
yaşıl rüşeyim çıxır, həmin vaxtdan etibarən böyük bir
ağac olmaq istiqamətində inkişafa başlayır; yumurtanın
içində, yaxud ana bətnində olan rüşeym də yaradılışının
ilk əvvəlindən tam və kamil bir canlı
olmaq üçün
müəyyən mərhələləri qət edir.
Qurani-Kərim özünün mütərəqqi təlimlərində (burada
əşyaların yaradılışı, inkişafı və son məqsədə doğru olan
hidayəti mütləq şəkildə Allaha istinad edilir) varlıqların
hər birinin öz kamalı istiqamətində keçdiyi yolları “ilahi
hidayət” adlandırır və bunları Allaha nisbət verərək
buyurur: