İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə59/93
tarix25.11.2023
ölçüsü2,4 Mb.
#134715
1   ...   55   56   57   58   59   60   61   62   ...   93
İSLAMDA-ŞİƏLİK

 
PEYĞƏMBƏRLƏR
 – 
NÜBÜVVƏTİN
 
İSMƏTİ
 
İnsanlar arasında ilahi peyğəmbərlərin zahir olması 
əvvəlki fəsildə qeyd olunan vəhy nəzəriyyəsini bir daha 
təsdiqləyir. Çünki ilahi peyğəmbərlər vəhy və nübüvvət 
iddiası edərək öz risalətləri üçün qəti və yetərli höccətlər 
gətirmişlər; ilahi dinin “ilahi xoşbəxtlik qanunu”ndan 
ibarət olan maddələrini xalqa təqdim etmiş və onların 
ixtiyarında qoymuşlar. Vəhy və nübüvvət qüvvəsi ilə 
1 “Nisa” surəsi, ayə-162 


161 
yaraqlanan peyğəmbərlər hər bir zamanda zahir 
olmuşlarsa, onların sayı bir, yaxud bir neçə nəfərdən artıq 
olmamışdır; Allah sair insanların hidayətini Öz 
peyğəmbərlərinə verdiyi təlim və dəvət məmuriyyəti ilə 
təkmilləşdirib sona çatdırmışdır. 
Buradan aydın olur ki, ilahi peyğəmbərlər ismət 
sifətinə malik olmalıdırlar. Yəni, Allah tərəfindən vəhyin 
alınmasında, 
onun 
saxlanılmasında 
və 
xalqa 
çatdırılmasında səhvdən, xətadan uzaq olub günah 
etməməlidir (qanunu pozmamalıdır). Çünki qeyd 
olunduğu kimi, vəhyin alınması, qorunması və xalqa 
çatdırılması təkvini hidayətin üç əsas sütunudur və 
təkvin aləmində xətaya yol verilməsinin heç bir mənası 
yoxdur. 
Qeyd etmək lazımdır ki, öz təbliğ və dəvətlərinin 
əksinə gedərək günah etmələri onların dəvət və 
məqsədlərinin ziddinə olan bir əməl olardı; camaat 
arasında etibar və etimadın əldən verilməsi ilə 
nəticələnər, bundan əlavə dəvətin düzgün olmasını, onun 
hədəf və məqsədini puça çıxarardı. 
Allah-taala Öz kəlamında peyğəmbərlərin ismət 
məqamına işarə edərək buyurur: 
“Biz peyğəmbərləri Öz tərəfimizə doğru topladıq 
(onlar 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin