172
məntəqələrində olan yəhudi tayfaları və o nahiyədə
yerləşən güclü ərəb qəbilələri ilə də müqavilə bağlayıb
islam dinini yaymağa başladı. Bundan sonra Yəsrib şəhəri
Mədinətur-Rəsul adı ilə tanındı.
İslam dini günbəgün genişlənib yayılırdı. Məkkədə
Qüreyş zalımlarının əlində əsir olan müsəlmanlar tədrici
olaraq öz ev-eşiklərini buraxaraq Mədinəyə köçüb
pərvanə kimi Peyğəmbərin (s) ətrafına yığışırdılar.
Onlara “mühacirlər”, Peyğəmbərin (s) Yəsribdə olan yerli
köməkçilərinə isə “ənsar” deyilirdi.
İslam dininin çox sürətlə inkişaf edib yayılmasına
baxmayaraq, Qüreyş bütpərəstləri və Hicazdakı yəhudi
tayfaları
bacardıqları
qədər
maneçilik
törədir,
müsəlmanların içərisində olan
və batində heç bir əmrə
tabe olmayan münafiqlərin əli ilə hər gün müsəlmanlar
üçün yeni-yeni müsibətlər, çətinliklər yaradırdılar.
Nəhayət iş müharibə ilə nəticələndi. Müsəlmanlarla ərəb
bütpərəstləri və yəhudilər arasında çoxlu müharibələr baş
verdi ki, onların əksəriyyətində islam ordusu qələbə
çaldı. Bu müharibələrin sayı 80-a çatır. Bədr, Ühüd,
Xəndək, Xeybər və s. böyük müharibələrin hamısında
Peyğəmbər (s) şəxsən iştirak edirdi. Böyük müharibələrin
hamısında, eləcə də kiçik müharibələrin əksəriyyətində
qələbə Əli (ə)-ın əli ilə baş verirdi. O həzrət müharibələrin
heç birində bir addım olsun belə geri çəkilmirdi.
Hicrətdən sonrakı on
il ərzində baş verən bütün
müharibələrdə müsəlmanlardan 200 nəfərdən az,
kafirlərdən isə 1000 nəfərə qədər öldürüldü. O həzrətin
fəaliyyətləri, həmçinin mühacir və ənsarın göstərdiyi on
illik səylər nəticəsində islam dini Ərəbistan yarmadasının
173
hər yerini bürüdü. İran, Roma, Misir, Həbəşistan və s.
ölkə başçılarının islama dəvət olunması üçün məktublar
yazılırdı.
O həzrət fəqirlər kimi yaşayır, maddi cəhətdən aşağı
sinfə mənsub olması
ilə fəxr edir
1
və öz vaxtını bir an
olsun belə, boş və əbəs işlərə sərf etmirdi. O həzrət
vaxtını üç yerə bölmüşdü: bir hissəsində Allahla raz-
niyaz edir, ibadətlə məşğul olur, Allahı
yad edirdi; bir
hissəsini ailəsinə və əhl-əyalına sərf edir, mənzil üçün
lazım olan avadanlıqları təmin edirdi; digər bir hissəsini
isə camaat üçün ayırmışdı ki, bu vaxtda dini təlimlərin və
maarifin yayılması, islam cəmiyyətinin idarə olunması,
mövcud çatışmazlıqları, əxlaqi və qanun pozuntularını
aradan qaldırmaq, müsəlmanların ehtiyaclarını
təmin
etmək, daxili və xarici rabitələri möhkəmləndirmək və s.
işlərlə məşğul olurdu. O həzrət Mədinədə on il qaldıqdan
sonra yəhudi qadının yeməyinə qatdığı zəhər nəticəsində
ağır xəstəliyə düçar oldu və bir neçə gün əziyyət
çəkdikdən sonra vəfat etdi. Rəvayətdə qeyd olunduğu
kimi, o həzrətin dilindən eşidilən son söz qullar və
qadınlar barəsində söylədiyi tövsiyələr olmuşdur.
1 Peyğəmbər (s) məşhur bir rəvayətdə buyurur: “Fəqirlik
mənim iftixarımdır.” (Bu fəslin mətləbləri barədə əlavə
məlumat almaq üçün “Sireyi İbni Hişam”, “Sireyi Hələbi”,
“Biharul-ənvar” (6-cı cild) və s. mötəbər kitablara müraciət edə
bilərsiniz.