İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ


“De: Ölüm mələyi sizi bədənlərinizdən alacaq



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə67/93
tarix25.11.2023
ölçüsü2,4 Mb.
#134715
1   ...   63   64   65   66   67   68   69   70   ...   93
İSLAMDA-ŞİƏLİK

“De: Ölüm mələyi sizi bədənlərinizdən alacaq
ondan sonra öz Allahınıza tərəf qayıdacaqsınız.”
2
Yəni, 
öldükdən sonra çürüyən, torpağın içinə qarışan məhz 
sizin bədənlərinizdir, lakin sizin özünüz (ruhlarınız) 
ölüm mələyinin əli ilə bədənlərinizdən alınaraq Allah 
yanında qorunub saxlanır. 
Bu kimi ayələrdən əlavə, Qurani-Kərim ətraflı və 
hərtərəfli bir bəyanla mütləq ruhu qeyri-maddi bir 
şəkildə bəyan edərək buyurur: 
“Səndən ruhun həqiqəti barəsində soruşurlar: De: 
1
Muminun 12-13. 
2 “Səcdə” surəsi, ayə-11. 


181 
Ruh mənim Allahımın əmri qəbilindən olandır.”
1
Başqa bir yerdə isə Öz əmrini təqdim edərək buyurur: 
“Allahın əmri (budur ki,) bir şeyi istədiyi (iradə 
etdiyi) zaman ona “ol!” dedikdə heç bir fasilə olmadan 
vücuda gəlir və hər bir şeyin mələkutu da elə budur.”
2
Bu ayələr göstərir ki, əşyaların yaranışında Allahın 
fərmanı tədrici deyil, zaman və məkanın əhatəsindən 
xaricdədir. Deməli, Allahın fərmanından başqa bir 
həqiqəti olmayan ruh da maddi deyildir, onun 
vücudunda tədricilik, eləcə də zaman və məkandan asılı 
olan maddi xüsusiyyətlər yoxdur. 
BAŞQALARININ
 
NƏZƏRİNDƏN
 
RUHUN
 
HƏQİQƏTİ
 
Əqli tədqiqatlar da Qurani-Kərimin ruh barəsindəki 
nəzəriyyəsini təsdiq edir. Bizim hər birimiz öz 
həqiqətimizi dərk edərək onu “mən” təbiri ilə ifadə 
edirik. Bu idrak insanda həmişə mövcuddur. Hətta bəzən 
insan özünün başını, əlini, ayağını və sair üzvlərini, hətta 
bütün bədən üzvlərini unudur, lakin “mən”, yaxud 
“öz”lüyün mövcud olduğu vaxta qədər “mən”in özü onu 
dərrakəsindən xaricə çıxmır və müşahidə olunduğu kimi 
bunda bölgü və hissələrə bölünmək də təsəvvürə sığmır. 
İnsan bədəni həmişə dəyişikliyə məruz qaldığına, özü 
üçün müxtəlif məkanlar seçdiyinə və müxtəlif zamanlar 
keçirdiyinə baxmayaraq, “mən” adlı həqiqət həmişə 
1 “İsra” surəsi, ayə- 85. 
2 “Yasin” surəsi, ayə- 83. 


182 
sabitdir və onun həqiqəti heç vaxt dəyişilmir. Deməli, bu 
anlam maddi olsaydı bölgü, zaman və məkan şəraitini, 
eləcə də dəyişilmə kimi maddi xüsusiyətləri qəbul edərdi. 
Amma bədən bu kimi xüsusiyyətlərin hamısını qəbul 
edir və ruhla əlaqəli olduğuna görə bu xüsusiyyətlər ruha 
da aid edilir. Lakin azacıq diqqət yetirməklə aydın olur 
ki, “o vaxt” və “bu vaxt”, “bura” və “ora”, “bu şəkil” və 
“o şəkil”, “bu tərəf” və “o tərəf” və s. hamısı bədənin 
xüsusiyyətləridir və ruh bu kimi xasiyyətlərdən uzaqdır 
və bu nisbi dəyişikliklər yalnız bədən vasitəsilə ruha aid 
edilir. 
Bu bəyanın oxşarını ruhun xüsusiyyətlərində olan elm, 
şüur və idrak və s. xüsusiyyətlər barədə də demək olar. 
Aydındır ki, əgər elm maddi xüsusiyyətə malik olsaydı 
maddəyə tabe olaraq bölünər, zaman və məkanı qəbul 
edərdi. 
Əlbəttə, bu əqli bəhsin miqyası çox genişdir və bunun 
ardınca çoxlu suallar yaranır ki, bu kitabın həcminə 
uyğun deyildir. Onun barəsində yuxarıda qeyd olunanlar 
sadəcə işarə xarakteri daşıyırdı; əlavə məlumat almaq 
üçün islami fəlsəfə kitablarına müraciət etmək lazımdır. 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin