İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə71/93
tarix25.11.2023
ölçüsü2,4 Mb.
#134715
1   ...   67   68   69   70   71   72   73   74   ...   93
İSLAMDA-ŞİƏLİK

YARADILIŞIN
 
DAVAMI
 

 
ARDICILLIĞI
 
Müşahidə olunan bu yaradılış dünyasının ömrü sonsuz 
deyil və onun sona çatacağı bir gün vardır. Qurani-Kərim 
bu məsələni təkid edərək buyurur: 
“Yerləri, göyləri və onların arasında olanları yalnız 
haqq və müəyyən olunmuş əcəl (adı qeyd olunan 
müəyyən və məhdud bir müddət) əsasında yaratdıq.”
3
Belə bir sual yaranır ki, hazırkı aləmin yaradılışından 
və insan nəslindən qabaq bir aləm də yaradılmış və onda 
da insan olmuşdurmu? Eləcə də, Quranın xəbər verdiyi 
kimi bu dünyada və onda olanların vaxtı qurtardıqdan 
sonra başqa bir dünya meydana gələcəkdirmi və yenə də 
1 “Naziat” surəsi, ayə-34-41. 
2 “Təhrim” surəsi, ayə-7. 
3 “Əhqaf” surəsi, ayə-3. 


194 
insan yaradılacaqdırmı? Bu kimi sualların cavabını 
Quranda aşkar şəkilda tapmaq mümkün deyildir. Yalnız 
bu barədə bəzi işarələr edilmişdir. Lakin Əhli-beyt 
imamlarından (ə) nəql olunan rəvayətlərdə bu suallara 
müsbət cavab verilmişdir.
1
1 “Biharul-ənvar” 
(Kompani çapı)
, 14-cü cild, səh-79. 


195 
4. 
İMAMŞÜNASLIQ
 
İMAMIN
 
MƏNASI
 
İmam və rəhbər xalqın qarşısına düşərək onlara 
rəhbərlik edən, hər hansı bir ictimai yolda, siyasi məram 
və məqsəddə elmi və ya dini məsləkləri öhdəsinə alan 
şəxsə deyilir. Əlbəttə, öz zəminəsi ilə mövcud rabitəsinə 
görə bu sahədə daha geniş və ya kiçik məna daşıyacaqdır. 
Müqəddəs islam dini bəşəriyyətin ümumi həyatını 
nəzərə alaraq hər tərəfli göstərişlər vermişdir. Mənəvi 
həyat baxımından da bunları araşdırmış, insanlara yol 
göstərmiş, zahiri və fərdi həyatlar və onun necə idarə 
olunması, eləcə də ictimai həyat və ona rəhbərlik 
məsələsinə dair nəzərlər vermişdir. 
Qeyd olunan yönlərə əsasən islam dinində ümmətə 
rəhbərlik məsələsi üç cəhətdən diqqət mərkəzində 
saxlanıla bilər: 1-İslami hökumət; 2-İslami hökm və 
maarifin bəyan olunması; 3-Mənəvi həyata doğru 
rəhbərlik. 
Şiələrin inancına görə islam cəmiyyətində qeyd olunan 
üç cəhət zəruri olduğu kimi, həmin cəhətlərin idarə 
olunmasını və camaata rəhbərliyi öhdəsinə alan şəxsin 
varlığı da zəruridir və belə bir şəxs Allah və Onun 
Peyğəmbəri tərəfindən təyin olunmalıdır. Əlbəttə, 
Peyğəmbəri-Əkrəmin belə bir təyinatı də yalnız Allahın 
əmri ilə həyata keçir. 


196 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin