İMAMƏT
,
PEYĞƏMBƏRİN
CANİŞİNLİYİ
VƏ
İSLAMİ
HÖKUMƏT
İnsan, Allahın ona verdiyi pak fitrətlə heç bir şəkk-
şübhə olmadan dərk edir ki, bir ölkə, bir şəhər, bir kənd,
bir qəbilə və hətta bir neçə insandan təşkil olunmuş bir
evdə belə, mütəşəkkil cəmiyyət olduğu üçün həyat heç
vaxt rəhbər və cəmiyyətin idarə işlərini öhdəsinə alan,
hakimiyyətlə ayrı-ayrı fərdlərin idarə olunmasına nəzarət
edən, cəmiyyətin hər bir üzvünü öz ictimai vəzifəsini
yerinə yetirməyə vadar edən bir şəxs olmadan mümkün
deyildir. Belə bir şəxs olmadan cəmiyyət öz həyatını
davam etdirə bilməz və qısa vaxt ərzində cəmiyyət
dağılar, hərc-mərcliyə düçar olar.
Buna görə də cəmiyyətin rəhbəri olan (istər cəmiyyət
böyük olsun, istərsə də kiçik), eləcə də öz vəzifəsini yerinə
yetirib cəmiyyətə diqqət yetirən şəxs müvəqqəti və ya
həmişəlik olaraq işdən kənara çəkilsə, əlbəttə, öz yerinə
bir canişin qoyacaq. O, heç vaxt öz hakimiyyətinin
hüdudlarını başsız qoyaraq onun tənəzzülə uğramasına
göz yuma bilməz.
Bir neçə günlük, yaxud bir neçə aylıq səfərə çıxaraq öz
əhl-əyalı ilə vidalaşan bir ailə başçısı onlardan hər hansı
birini (yaxud başqa bir şəxsi) öz yerinə canişin təyin edir,
mənzilin idarə olunması işlərini ona həvalə edir. Öz əlinin
altında bir neçə şagirdi, yaxud işçisi olan müəssisə rəisi,
məktəb müdiri, yaxud dükan sahibi hətta bir neçə saat
olmadıqda belə, onlardan hər hansı birini öz yerinə qoyur
ki, başqaları ona müraciət etsinlər.
197
İslam dini də ilahi kitabın və Peyğəmbər sünnəsinin
aşkar buyurduğuna görə fitrət əsasında qurulmuşdur; o
ictimai bir dindir. Bunu həm onunla agah olanlar, həm də
yad olanlar onun öz simasında müşahidə edib, Allah və
Peyğəmbərin bu dinin ictimai yönlərinə yetirdiyi nəzərləri
heç vaxt inkar edə bilməz. Həm də bu, başqa heç bir şeylə
müqayisə olunası deyildir.
Peyğəmbəri-Əkrəm (s) də ictimai məsələləri islamın
nüfuz
etdiyi
yerlərdə
heç
vaxt
tərk
etməmiş,
müsəlmanların əlinə keçən hər hansı şəhər və ya kəndə
elə ilk vaxtlar vali təyin edərək müsəlmanların idarə
olunması işini ona həvalə edirdi. Hətta cihad meydanına
göndərdiyi ordularda bəzən müəyyən bir vəziyyətin
əhəmiyyətini nəzərə alaraq, birdən artıq rəis və ya
sərkərdəni ardıcıl olaraq onlara təyin edirdi. Hətta
“Mutə” müharibəsində dörd sərkərdə təyin etmiş və
buyurmuşdu ki, əgər birincisi öldürülsə ikincisi, ikincisi
öldürülsə üçüncüsü, üçüncüsü öldürülsə dördüncüsü bu
ardıcıllıqla qoşuna rəhbərlik etsinlər.
O həzrət canişinlik məsələsinə də tam diqqət yetirmiş
və lazım olan hallarda canişin təyin etməyi unutmamışdır.
O həzrət hər vaxt Mədinədən çıxsaydı öz yerinə bir vali
təyin edərdi. Məkkədən Mədinəyə hicrət etdiyi və ondan
hələ heç bir xəbər olmadığı vaxt özünün bir neçə günlük
işlərini idarə etmək, ona tapşırılan əmanətləri sahiblərinə
qaytarmaq üçün Əli (ə)-ı öz canişini seçirdi. Həmçinin
vəfatından sonra da öz borclarını qaytarmaq və şəxsi
işlərini yerinə yetirməyi bir canişin kimi Əli (ə)-a həvalə
edirdi.
|