İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə75/93
tarix25.11.2023
ölçüsü2,4 Mb.
#134715
1   ...   71   72   73   74   75   76   77   78   ...   93
İSLAMDA-ŞİƏLİK

İkincisi,
əgər bu sözü deməkdə onun ciddi mənası 
nəzərdə alınsaydı, “Allahın kitabı bizə kifayətdir” cümləsi 
üçün heç bir əsas olmazdı və Peyğəmbərin (s) sözünün 
yersiz olmasını isbat etmək üçün onun xəstəliyinin 
şiddətlənməsini dəlil gətirmək əsasında olardı; “Quranın 
varlığı ilə Peyğəmbərin (s) sözünə ehtiyac yoxdur” sözü 
ilə yox; çünki Allahın kitabının Peyğəmbərə (s) itaət 
etməyi vacib bilməsi, onun sözlərinin Allah sözü olması 
və Quranın aşkar buyuruğu “camaatın Allahın və 
Peyğəmbərin hökmü müqabilində heç bir ixtiyarları 
yoxdur” kimi məsələlər heç bir səhabəyə gizli deyildi. 
Üçüncüsü
, bu hadisə birinci xəlifənin ölüm xəstəliyinə 
düşdüyü zaman da təkrar olundu və o, xilafəti ikinci 
xəlifəyə vəsiyyət etdi. Osman xəlifənin əmri ilə 
vəsiyyətnaməni yazarkən xəlifə huşdan getdi, amma 
ikinci xəlifə Peyğəmbərin (s) barəsində dediyi sözləri 
birinci xəlifənin barəsində təkrar etmədi.
1
1 “Əl-kamil” (İbni Əsir), 2-ci cild, səh-292; “Nəhcül-
bəlağənin şərhi” (İbni Əbil-hədid), 1-ci cild, səh-54. 


210 
Bunlardan əlavə İbni Abbasın nəql etdiyi hədisdə
1
ikinci xəlifə bu həqiqəti etiraf edərək deyirmiş: Mən başa 
düşdüm ki, Peyğəmbər (s) xilafəti yazılı şəkildə Əliyə 
vermək istəyir, lakin məsləhətə riayət edilməsi üçün bu 
məclisi qarışdırdım. (O deyir:) xilafət Əliyə məxsus idi.
2
Lakin əgər o xilafətə çatsaydı camaatı haqqa və düz yola 
dəvət edəcək və Qüreyş də bu işi qəbul etməyəcəkdi. 
Buna görə də onu xilafətdən kənarlaşdırdım.(!!!) 
Dini meyarlara əsasən haqdan çıxan adamlar haqqa 
vadar edilməlidir, nəinki qanun pozanın xatirinə haqq 
aradan 
aparılmalıdır. 
Birinci 
xəlifəyə 
müsəlman 
qəbilələrindən bir qrupunun zəkat verməkdən imtina 
etmək xəbəri verildikdə onlara qarşı müharibə əmri 
verərək dedi: “Əgər Peyğəmbərə verdikləri iqalı (zəkatı) 
mənə verməsələr mən onlarla müharibə edəcəyəm!”
3
Əlbəttə, onun məqsədi bu idi ki, nəyin bahasına olursa-
olsun, haqqı öz yerinə qaytarmaq lazımdır. Unutmaq 
olmaz ki, haqq xilafət məsələsi zəkatı ödəməkdən daha 
mühüm və daha dəyərli idi. 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin