İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə80/93
tarix25.11.2023
ölçüsü2,4 Mb.
#134715
1   ...   76   77   78   79   80   81   82   83   ...   93
İSLAMDA-ŞİƏLİK

ON
 
İKİ
 
İMAMIN
 
TƏRCÜMEYİ
-
HALI 
(İxtisarla) 
BİRİNCİ
 
İMAM
 
Birinci imam həzrət 
Əmirəl-möminin Əliyyibni Əbi 
Talib (ə)-dır
. O, Bəni-haşimin ağsaqqalı və Peyğəmbərin 
(s) əmisi Əbu Talibin oğludur; Əbu Talib, Peyğəmbəri (s) 
öz himayəsinə götürmüş, öz evində saxlayaraq böyütmüş 
və besətdən sonrakı illərdə də o həzrəti himayə edərək 
ərəb 
kafirlərinin, 
xüsusilə 
Qüreyşin 
təzyiq 
və 
təqiblərindən qorumuşdur. 
Əli (ə) (məşhur nəzəriyyəyə əsasən) besətdən on il 
qabaq dünyaya gəlmiş və altı aydan sonra Məkkədə və 
onun 
ətrafında 
baş 
verən 
qəhətlik 
nəticəsində 
Peyğəmbərin (s) xahişi ilə atasının evindən öz evinə 
gətirərək özü birbaşa onun təlim-tərbiyə işi ilə məşğul 
olmuşdur.
1
Bir neçə ildən sonra Peyğəmbər (s) nübuvvət 
məqamına çatdıqdan, ilk dəfə olaraq Həra mağarasında 
asimani vəhy nazil olduqdan sonra mağaradan çıxıb öz 
evinə yola düşdükdə başına gələn əhvalatları həzrət Əliyə 
(ə) danışmış və o da iman gətirmişdir.
2
1 “Fusulul-mühimmə” (ikinci çap), səh-14; “Mənaqib” 
(Xarəzmi), səh-17 
2 “Zəxairul-uqba” (Qahirə çapı, 1356-cı h.q.), səh-58; 
“Mənaqib” (Xarəzmi, Nəcəf çapı, 1385-ci h.q), səh-16-22; 
“Yənabiul-məvəddət” (yeddinci çap), səh-68-72. 


222 
Peyğəmbər (s) öz qohum-əqrəbalarını öz dininə dəvət 
ediyi zaman buyurmuşdur: 
“Sizdən mənim dəvətimi qəbul 
edən ilk şəxs mənim xəlifəm, vəsim və vəzirim olacaqdır.”
Bu 
zaman yerindən qalxan yeganə şəxs həzrət Əli oldu. 
Peyğəmbər (s) də onun imanını qəbul edərək onun 
barəsində verdiyi vədələrə əməl etdi.
1
Buna görə də Əli (ə) islama iman gətirən, heç vaxt 
Allahdan başqasına sitayiş etməyən ilk şəxsdir. 
Əli (ə) həmişə Peyğəmbərin (s) yanında olardı. O 
həzrət Məkkədən Mədinəyə hicrət edəndə, kafirlərin o 
həzrətin evini mühasirə aldığı və gecənin axırında 
qəfildən evinə daxil olaraq onu qətlə yetirməyi, yatağında 
tikə-tikə doğramağı qərara aldıqları hicrət gecəsində Əli 
(ə) onun yatağında yatdı və o həzrət evdən çıxıb 
Mədinəyə yollandı.
2
O həzrətdən sonra onun vəsiyyətlərinə uyğun olaraq 
camaatın əmanətlərini sahiblərinə qaytardı, öz anası, 
Peyğəmbərin (s) qızı və digər iki qadınla birlikdə 
Mədinəyə 
hərəkət 
etdi.
3
Mədinədə 
də 
həmişə 
Peyğəmbərlə (s) yanaşı idi və o həzrət heç bir halda - nə 
xəlvətdə və nə də aşkarda Əli (ə)-ı gözündən uzağa 
qoymurdu; öz yeganə və sevimli qızı Fatimeyi-Zəhranı 
ona ərə verdi.
1 “İrşad” (Şeyx Müfid, Tehran çapı, 1377-ci h.q), səh-4; 
“Yənabiul-məvəddət”, səh-122. 
2 “Fusulul-mühimmə”, səh-28-30; “Təzkirə-tul-xəvass” 
(Nəcəf çapı, 1383-cü h.q), səh-34; “Yənabiul-məvəddət”, səh-
105; “Mənaqib” (Xarəzmi), səh-73-74 
3 “Fusulul-mühimmə”, səh-34. 


223 
Peyğəmbər (s) səhabələr arasında qardaşlıq əqdi 
oxuyan zaman Əli (ə)-ı özünə qardaş seçdi.
1
Əli (ə) 
Peyğəmbərin (s) iştirak etdiyi bütün müharibələrdə ön 
cəbhədə vuruşmuşdur. Yalnız Təbuk müharibəsində 
Peyğəmbər (s) onu Mədinədə öz yerinə canişin təyin edib 
getmişdir.
2
O həzrət heç bir müharibədə meydandan qaçmamış, 
heç bir güclü pəhləvanın qarşısında aciz qalmamış və heç 
bir işdə Peyğəmbərlə (s) müxalifətçilik etməmişdir. Belə 
ki, həzrət Peyğəmbər (s) onun barəsində belə buyurur: 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin