“Heç vaxt haqq Əlidən, Əli də Haqdan ayrılmaz.”
3
Peyğəmbər (s) vəfat edərkən Əli (ə)-ın 33 yaşı var idi.
O, bütün dini fəzilətlərdə hamıdan üstün, Peyğəmbər
(s.ə.v.v) səhabələri arasında ən çox imtiyaza malik
olmasına baxmayaraq cavan olduğu, müharibələrdə
Peyğəmbər (s.ə.v.v)-in önündə çoxlu kafir qanları
axıtması və camaatın onunla düşmən olduğu bəhanə
edilərək xilafətdən kənarlaşdırıldı; bununla da o həzrət
müsəlmanların ümumi işindən tamamilə kənarda qaldı.
Bu müddət ərzində evdə oturub müəyyən şəxslərin təlim-
tərbiyə işləri və həqiqi islam ruhunda maarifləndirmə
məsələsi ilə məşğul oldu. Bu minvalla Peyğəmbərin (s)
1 “Fusulul-mühimmə”, səh-20; “Təzkirətul-xəvass”, səh-20-
24; “Yənabiul-məvəd-dət”, səh-63-65.
2 “Təzkirətul-xəvass”, səh-18; “Fusulul-mühimmə”, səh-21;
“Mənaqib” (Xarəzmi), səh-74.
3 “Mənaqibu Ali Əbitalib” (Məhəmməd ibni Əli ibni
Şəhraşub, Qum çapı), 3-cü cild, səh-62 və 218; “Ğayətul-
məram”, səh-539; “Yənabiul-məvəddət”, səh-104.
224
vəfatından sonra üç xəlifənin xilafəti dövranını başa
vurdu və üçüncü xəlifənin qətlindən sonra camaat o
həzrətə beyət edərək xilafətə seçdilər.
Həzrət Əli (ə) özünün 4 il 9 ay davam edən xilafəti
dövründə
Peyğəmbərin
(s)
sirəsinə,
rəftar
və
davranışlarına əməl etdi, öz xilafətinə inqilabi bir rəng
verdi və cəmiyyətdə əsaslı islahat işləri apardı. Əlbəttə, bu
islahatlar bəzi sövdəgərlərin ziyanına tamam olduğuna
görə də önlərində Ayişə, Təlhə, Zübeyr və Müaviyə
olmaqla, səhabələrdən bir qrupu üçüncü xəlifənin
intiqamını bəhanə edərək müxalifətçiliyə başladılar və
islam ölkəsində iğtişaş yaratdılar.
O həzrət yaradılan bu fitnəni söndürmək üçün Bəsrə
yaxınlığında Ayişə, Təlhə və Zübeyrin başladığı silahlı
qiyamı yatızdırdı və bu zaman tarixdə məşhur olan
Cəməl müharibəsi baş verdi. Sonrakı müharibə – Siffeyn
müharibəsi də İraq, Şam sərhədlərində Müaviyə ilə baş
verdi və bir il yarım davam etdi. Digər bir müharibə isə
xəvariclə baş verdi və Nəhrəvan adlandırıldı. Buna görə
də o həzrətin öz xilafəti dövründəki əsas səyləri daxili
ixtilafların
aradan
qaldırılmasına,
iğtişaşların
yatırılmasına sərf olundu və qısa müddətdən sonra 40-cı
hicri ilinin Ramazan ayının 19-da sübh çağı Kufə
məscidində namaz üstündə xəvaric firqəsindən olan ibni
Mülcəm tərəfindən zərbətlənərək həmin ayın 21-də şəhid
oldu.
1
1 “Mənaqibu Ali Əbitalib”, 3-cü cild, səh-312; “Fusulul-
mühimmə”, səh-113-123; “Təzkirətul-xəvass”, səh-172-183.
225
Tarixi məlumatlara əsasən, Əmirəl-möminin Əliyyibni
Əbi Talib (ə) bütün insani kamallara malik idi və heç bir
nöqsanı yox idi; islami fəzilətlərdə Peyğəmbərin (s)
yetirməsinin kamil nümunəsi idi.
O həzrətin şəxsiyyəti ətrafında aparılan tədqiqatlar,
sünnü və şiə alimləri tərəfindən yazılan kitablar tarix
boyu heç bir şəxsiyyət barəsində edilməmişdir. Əli (ə) elm
və bilikdə Peyğəmbər (s) səhabələrinin və sair islam
əhlinin ən biliklisi idi. O, islamda ilk dəfə olaraq öz elmi
bəyanları ilə bürhan və istidlal qapısını açdı, ilahi
maarifdə fəlsəfi bəhsləri işıqlandırdı, Quranın batini
mənalarından danışdı, Quranın zahirinin qorunub
saxlanılması üçün ərəb qrammatikasını yaratdı. O, xitabət
kürsüsündə ən qüdrətli bəyana malik olan şəxsiyyət idi.
Əli (ə)-ın şücaəti dillər əzbəri idi. Həm Peyğəmbərin (s)
dövründə, həm də ondan sonra baş verən müharibələrdə
heç vaxt qorxmamış, əsla iztirab hissi keçirməmişdi.
Ühüd, Hüneyn, Xeybər və Xəndək müharibələrində
Peyğəmbərin (s) dostları və səhabələrinin dəfələrlə
qorxuya
düşdüyü
ağır
şəraitlərdə,
yaxud
qaçıb
dağılışdıqları vaxt o, heç vaxt düşmənə arxa çevirməmiş,
onunla döyüşməyə gələn ərəb qəhrəmanları və şücaətli
pəhləvanlar heç vaxt onun əlindən sağ qurtara
bilməmişdir. Bununla yanaşı qüdrətin son nöqtəsində
olduğu vaxt zəifləri öldürmür, qaçanları təqib etmir, qəfil
hücum etmir, suyu düşmənin üzünə bağlamırdı. Tarixdə
qeyd olunur ki, o həzrət Xeybər müharibəsində qalaya
226
hücum edərək onun qapısının halqasından yapışmış və
bir təkanla o qapını çıxarıb yerə atmışdı.
1
Həmçinin Məkkə fəth olunan gün Peyğəmbər (s)
bütləri sındırmağı əmr edəndə Əli (ə) Məkkənin ən böyük
bütü sayılan və zahiri baxımdan da ən böyük büt olan,
Kəbənin
yuxarı
başından
asılan
Hübəli
məhz
Peyğəmbərin (s) əmri ilə onun çiyninə çıxaraq yerindən
çıxarıb yerə saldı.
2
Əli (ə) dini təqva və haqqa ibadət baxımından da
yeganə şəxsiyyət idi. Peyğəmbər (s) onun yanına gələrək
Əli (ə)-ın bəzi xüsusiyyətlərindən gileylənən şəxslərin
cavabında buyururdu:
“Əlini məzəmmət etməyin, çünki o
Allah aşiqidir!”
3
Əbu Dərda adlı bir səhabə gecələrin birində o həzrəti
Mədinənin xurma bağlarında necə ah-zar edərək Allah
qorxusundan öldüyünü zənn etmişdi; dərhal o həzrətin
evinə gəlmiş və Peyğəmbərin (s) qızı Fatimeyi-Zəhraya
ərinin vəfatı münasibəti ilə başsağlığı vermişdi. Bu zaman
Peyğəmbərin (s) qızı buyurdu:
“Mənim əmioğlum
ölməmişdir, o, ibadətdə Allah qorxusundan qəşş etmişdir. Bu
hal onun üçün çox baş verir.”
Əli (ə) öz hakimiyyəti altında yaşayan insanlarla
mehriban rəftar edir, fəqirlərə nəvaziş edib can yandırır,
onlara ehsan və bəxşiş etməyə çox diqqət yetirirdi. Əlinə
düşən hər bir şeyi Allah yolunda kasıblara və fəqirlərə
1 “Təzkirətul-xəvass”, səh-27.
2 “Təzkirətul-xəvass”, səh-27; “Mənaqib” (Xarəzmi), səh-71.
3 “Mənaqibu Ali Əbi Talib”, 3-cü cild, səh-221; “Mənaqib”
(Xarəzmi), səh-92.
227
verir, özü isə ən çətin şəraitdə və sadə vəziyyətdə
yaşayırdı. O həzrət əkinçiliyi sevir, əksər hallarda
kəhriz,quyu və bulaqlar qazır, ağac əkir, torpaq sahələrini
abadlaşdırırdı. Bu yolla abad etdiyi hər bir mülkü, qazdığı
hər bir kəhrizi fəqirlərə vəqf edirdi. “Əlinin sədəqələri”
adı ilə məşhur olan vəqfləri ömrünün axırlarında çox
böyük məbləğdə qazanca malik idi (24 min dinar qızıl pul
dəyərində qeyd olunmuşdur).
1
Dostları ilə paylaş: |