245
SƏKKİZİNCİ
İMAM
İmam Əliyyibni Musa (Riza) (ə)
; O yeddinci imamın
oğludur, (ən məşhur tarixlərə əsasən) 148-ci
hicri ilində
doğulmuş və 203-ci ildə vəfat etmişdir.
1
Səkkizinci imam öz atasının vəfatından sonra Allahın
əmri və imamların təqdimi ilə imamətə çatdı. O həzrət öz
imamətinin bir müddətini Abbasi xəlifəsi olan Harunun,
sonra isə onun oğlu Əminin, daha sonra onun digər bir
oğlu olan Məmunun zamanında keçirdi.
Məmun atasının vəfatından sonra qardaşı Əminlə
ixtilafa başladı və bu da onların arasında qanlı
müharibələrə səbəb oldu, nəhayət Əmin öldürüldü və
Məmun xilafət kürsüsünə əyləşdi.
2
O günə qədər Abbasi xilafətinin
ələvi seyyidlərinə
qarşı siyasəti çox kobud və qəddar xarakter daşıyırdı; bu
siyasət daim güclənməkdə idi. Bəzən ələvilərdən biri
qiyam edərək qanlı müharibələr edirdi. Bu da xilafət
aparatı üçün böyük bir çətinlik yaradırdı.
Əhli-beyt (ə) imamlarının qiyamçılarla həmkarlıq
etməmələrinə baxmayaraq, o dövrdə nəzərə çarpacaq bir
cəmiyyət olan şiələr həmişə imamları itaəti vacib olan dini
rəhbərlər hesab edir, onları Peyğəmbərin (s) həqiqi
xəlifələri
kimi qəbul edir, özünə kəsra və qeysər
padşahlarının qiyafəsini alan bir dəstə dinsiz adamın
1 Üsuli-kafi, 1-ci cild, səh-486; İrşad (Mufid) səh-284-296;
Dəlailul-imamət, səh 175-177; Fusulul-mühimmə, səh 225-246;
Tarixi Yəqubi, 3-cü cild, səh-188.
2 Üsuli-kafi, 1-ci cild, səh-488; Fusulul-mühimmə, səh-237.
246
əlində idarə olunan xilafət aparatını napak və öz
müqəddəslikdən uzaq hesab edirdilər. Bu vəziyyətin
davam etməsi xilafət aparatı üçün təhlükəli idi və onu
şiddətlə təhdid edirdi.
Məmun
bu fikrə düşdü ki, özündən əvvəlki ata-
babalarının 70 illik dövrdə həll edə bilmədikləri siyasətləri
başqa bir siyasətlə sona çatdırsın; yəni səkkizinci imama
vəliəhdlik məqamı versin və bu yolda olan hər bir
çətinliyi həll etsin. Çünki ələvi seyyidlərinin əlləri xilafət
aparatına çatdıqdan sonra artıq xilafətin əleyhinə qiyam
etməzdilər və şiələr də öz imamlarının, həmişə murdar və
napak əməllərlə ittiham edilən xilafətə çatdığını
gördükləri vaxt onlara qarşı batini məhəbbətləri və
mənəvi etiqadlarını
əldən verəcək, məzhəbi təşəkkülləri
süquta uğrayacaq və artıq bu istiqamətdən xilafət
aparatına heç bir təhlükə mövcud olmayacaqdır.
1
Aydındır ki, bu məsələnin həyata keçməsindən sonra
imamı aradan götürmək Məmun üçün çox da çətin
deyildi. Məmun bu qərarı həyata keçirmək üçün imamı
Mədinədən Mərvə çağırtdırdı; imam gəldikdən sonra
əvvəlcə xilafəti, ondan sonra isə
vəliəhdliyi qəbul etməyi
ona təklif etdi. İmam isə bəhanə gətirərək onu qəbul
etməməyə çalışdı. Nəhayət müəyyən yollarla ona qəbul
etdirdi, imam da bu şərtlə qəbul etdi ki, hökumət
1 Dəlailul-imamət, səh-197; Mənaqibi ibni Şəhraşub, 4-cü
cild, səh-363.
247
işlərində, dövlət məmurlarının
işə təyin edilməsi və ya
işdən çıxarılmasında əsla müdaxilə etməsin.
1
Bu hadisə 200-ci hicri ilində baş verdi. Lakin çox
keçmədən Məmun şiələrin çox sürətlə inkişaf etməsini,
imama qarşı məhəbbətlərinin daha da şiddətlənməsini,
ümumxalq kütlələrinin, hətta ordu komandirləri və
dövlət məmurlarının çox qəribə şəkildə imama üz
gətirməsini gördükdə öz səhvlərini anladı və çarə
axtarmaq fikrinə düşdü. Nəhayət imamı zəhərləyib şəhid
etdi. Səkkizinci imam şəhid edildikdən sonra hal-hazırda
Məşhəd adlandırılan Tus şəhərində dəfn edildi.
Məmun əqli elmlərin
ərəb dilinə tərcüməsinə çox
maraq göstərirdi. Onun təşkil etdiyi böyük bir elmi
məclisdə sair din və məzhəb rəhbərləri iştirak edir, dərin
elmi mübahisələrə girişirdilər. Səkkizinci imam da o
məclisdə iştirak etmiş, sair din və məzhəblərin alimləri ilə
elmi mübahisələr aparmışdı. Bu mübahisələrin çoxu
şiələrin hədis kitablarında mövcuddur.
2
Dostları ilə paylaş: