DOQQUZUNCU
İMAM
İmam Məhəmməd ibni Əli (ə)
; (Təqi, bəzən də imam
Cavad və ibni Riza ləqəbləri ilə məşhurdur). O, səkkizinci
imamın oğludur, 195-ci hicri ilində Mədinədə doğulmuş
və şiə rəvayətlərinə əsasən 220-ci ildə Abbasi xəlifəsi
Mötəsimin təhriki və abbasi xəlifəsi Məmunun qızının (öz
1 Üsuli-kafi, 1-ci cild, səh-489; İrşad (Mufid) səh-290;
Fusulul-mühimmə, səh-237; Mənaqibi ibni Şəhraşub, 4-cü cild,
səh-363;
2 Mənaqibi ibni Şəhraşub, 4-cü cild, səh-351.
248
həyat
yoldaşının)
vasitəsilə
zəhərləndirilib
şəhid
edilmişdir. O həzrət Kazimeyndə öz babası yeddinci
imamın yanında dəfn edilmişdir.
Əziz atasından sonra Allahın əmri və əvvəlki
imamların təqdim etməsi ilə imamətə çatmışdır.
Doqquzuncu imam atası vəfat edən zaman Mədinədə idi.
Məmun onu xilafətin o dövrdəki mərkəzi olan Bağdada
çağırıb zahirdə ona ehtiram göstərdi, öz qızını ona ərə
verdi və onu Bağdadda saxladı. Həqiqətdə o, bu vasitə ilə
imamı həm daxildən, həm də xaricdən nəzarət altında
saxlamaq istəyirdi.
İmam bir müddət Bağdadda qaldıqdan sonra
Məmundan icazə alaraq Mədinəyə getdi və ömrünün
axırına qədər Mədinədə qaldı. Məmunun vəfatından
sonra Mötəsim xilafəti ələ keçirdi və yenidən imamı
Bağdada çağırıb ciddi nəzarət altına aldı. Yuxarıda qeyd
olunduğu kimi o həzrət Mötəsimin təhriki ilə öz həyat
yoldaşının vasitəsilə zəhərləndirilib şəhid edildi.
1
ONUNCU
İMAM
İmam Məhəmməd ibni Əli (ə);
(Nəqi, bəzən də imam
Hadi ləqəbi qeyd olunur). O, doqquzuncu imamın
oğludur, 212-ci ildə Mədinədə doğulmuş və şiə
1 İrşad (Mufid) səh-297;Üsuli-kafi, 1-ci cild, səh-492-497;
Dəlailul-imamət, səh 201-209; Mənaqibi ibni Şəhraşub, 4-cü cild,
səh 377-399; Fusulul-mühimmə, səh 247-258.
249
rəvayətlərinə əsasən 254-cü ildə Abbasi xəlifəsi Mötəzzin
vasitəsilə zəhərləndirilib şəhid edilmişdir.
1
Onuncu imam öz həyatında Abbasi xəlifələrindən 7
nəfəri ilə - Məmun, Mötəsim, Vasiq, Mütəvəkkil, Mənsur,
Müstəin və Mötəzz ilə müasir idi. Mötəsimin dövründə
(220-ci ildə) atası Bağdadda şəhid edildi və bu zaman o
Mədinədə idi. Allahın əmri və əvvəlki imamların təqdimi
ilə imamətə çatıb Mütəvəkkilin dövrünə qədər dini
təlimləri yaymağa başladı.
Mütəvəkkil 207-ci ildə öz məmurlarından birinə əmr
etdi ki, həzrəti Mədinədən Sammirraya (o dövrdə xilafət
mərkəzi idi) çağırsın. Mütəvəkkil o həzrətə tam təzim və
mehr-məhəbbətlə dolu bir məktub yazıb onu dəvət etdi və
onunla görüşməsini istədi.
2
Əlbəttə, o həzrət Sammirraya daxil olduqdan sonra
zahirdə heç bir tədbir görülmədi. Lakin eyni halda o
həzrətə
əzab-əziyyət
vermək,
hörmətsizlik
etmək
məqsədilə lazım olan bütün vasitələri hazırlamışdı və
dəfələrlə onu qətlə yetirmək, yaxud hörmətsizlik məqsədi
ilə imamı çağırmış, onun evində axtarış aparmağı əmr
etmişdi.
Abbasi xəlifələri arasında Peyğəmbər (s) ailəsi ilə
düşmənçilikdə Mütəvəkkilin misli yox idi; o, xüsusilə Əli
1 Üsuli-kafi, 1-ci cild, səh-497-502; İrşad (Mufid) səh-307;
Dəlailul-imamət, səh 216-222; Fusulul-mühimmə, səh 259-265;
Mənaqibi ibni Şəhraşub, 4-cü cild, səh 401-420.
2 İrşad (Mufid) səh. 307-313; (Üsuli-kafi, 1-ci cild, səh-501;
Fusulul-mühimmə, səh-261; Mənaqibi ibni Şəhraşub, 4-cü cild,
səh-417; Tarixi Yəqubi, 3-cü cild, səh-217.
250
(ə)-ın qatı düşməni idi; o həzrətə qarşı aşkar şəkildə
nalayiq sözlər deyirdi. Sarayında saxladığı təlxəyə əmr
etmişdi ki, eyş-işrət məclislərində o həzrəti yamsılasın. O,
237-ci hicri ilində əmr etdi ki, Kərbəlada imam Hüseyn
(ə)-ın mütəhhər qəbrinin qübbəsini, həmçinin onun
ətrafında tikilmiş evləri dağıdıb yerlə yeksan etsinlər!
Həmçinin əmr etdi ki, suyu imamın hərəminə
döndərsinlər, o müqəddəs məzarın torpağını şumlayıb
əkin əksinlər ki, qəbrin adı ümumiyyətlə unudulsun.
1
Mütəvəkkilin
dövründə
Hicazda
olan
ələvi
seyyidlərinin şəraiti dözülməz vəziyyətə gəlib çatmışdı.
Onların qadınlarının örpəyi yox idi, namaz vaxtı onlardan
bir neçəsi bir köhnə çadranı növbə ilə geyib namaz
qılırdılar.
2
Bu kimi təzyiqləri Misirdə yaşayan ələvi seyyidlərinə
də rəva görürdülər.
Onuncu imam, Mütəvəkkil tərəfindən həyata keçirilən
işgəncələrə, əzab-əziyətlərə səbr edirdi. Ondan sonra
Müntəsir, Müstəin və Mötəzz növbə ilə xilafətə gəldi.
Mötəzzin hiyləsi ilə o həzrətə zəhər verildi və şəhid edildi.
Dostları ilə paylaş: |